Xoşbəxt insanların uğur formulaları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

uğur formulalarıXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.


2-ci hissə

Kömək istəyin

Özünə həddən ziyadə ciddi münasibət bəsləyən, daim özünü riskə atır və gülməli görünür; daim özünə gülməyə qadir olan isə heç vaxt gülməli görünmür.

Vatslav Havel

“Bilmirəm” deməyə ehtiyac var, amma bu çox yaxşı bir reaksiya və özünüzə həddən ziyadə ciddi yanaşmadığınıza dair aydın bir işarədir. Ən yaxşı keyfiyyətlərdən biri – buna vicdanla cavabınızın olmadığını etiraf etməkdir. Qüsursuz olmağa can atmağınız sizi yalnız pərt edə və ümidsizliyə aparıb çıxara bilər. Yox, əgər öz qətiyyətsizliyinizi gizlətməsəniz, onda hökmən sizə kömək etmək istəyən adamlar tapılacaq.

Bir çoxları özlərini belə vəziyyətdə nə etməli olduqlarını sanki bilirmiş kimi aparırlar, hansı ki, əsil həqiqətdə bu onların gücü xaricindədir. Çox sayda adam danışmaq və ya hərəkət etməyə çalışır, özlərinə inam verir, əslində isə belələrinə kömək lazımdır. Evdə və ya iş yerində biz çox vaxt özümüzü elə aparırıq ki, sanki istənilən an bütün suallara cavab verə bilərik.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sirr ondadır ki, biz vaxtında deməliyik: “Bir dəqiqə durun, mən hələ nə etmək lazım olduğunu bilmirəm”.  Həyat qarşımızda mürəkkəb tapşırıqlar qoyduqda, biz buna reaksiya verməyə tələsirik və nə vaxtsa artıq deyilən və əmin olduğumuz bir şeyi yenidən müdafiə edirik. Özü də bu zaman digər fikirləri və təklifləri kor-koranə fərqinə varmırıq. Uğurlu adamlar isə həmişə haqlı olmadıqlarını və ya nəyisə bilmədiklərini etiraf edirlər.

Həyat gölənilməz və dəyişkəndir. Həmişə və hər şeydə haqlı olmaq mümkün deyil. Bəzən sakitləşmək, problemlərdən kənara çəkilmək, təklif olunan köməyi qəbul etməyə razılaşmaq və özünə həddən ziyadə ciddi yanaşmaqdan əl çəkmək daha yaxşıdır.

Qüsursuz olmağa can atmaq sizi yalnız pərt və məyus edə bilər

Fəaliyyət üçün təlimat

Zəif yerlərinizi aşkar edin

Belə bir sual üzərində düşünün: “Heç olubmu ki, öz baxış və fikirlərinizdən inadkarcasına yapışıb qalmısınız və hansı ki, haqlı olmadığınız hadisəyə münasibətinizə yenidən baxmaqdan imtina etmisiniz?”

Siz nələri və nəyi hiss etmirsiniz və nə üçün? Öz davranışlarınızın alqoritmlərinə həmişə əməl edirsiniz? Sizə həmsöhbətinizlə mübahisə etmək vacibdirmi? O düzdürmü ki, siz heç vaxt özünüzdən gənc olan insanların dediklərini diqqətə almırsınız? Siz uduzmağa nifrət edirsiniz və həmişə özünüzü istənilən vasitələrlə qələbəyə kökləyirsiniz?

O zaman fəaliyyət obrazınızı dəyişdirməyə və yeniliyə daha açıq olmağa hazır olun. Qərar qəbul etmək və öz fikrinizin müdafiəsindən və suallara cavab verməkdən ötrü nümunə üçün istənilən bir günü seçin və özünüzdən soruşmağı sınaqdan keçirin: “Bəlkə mən nəyisə diqqətdən qaçırıram? Burada mənim görə bilmədiyim nəsə varmı?”

Təlxək lazımdır

Öz zəifliklərinizi üzə çıxarmaq asan deyil. Ailənizdən, dostlarınız və ya həmkarlarınızdan birini sizdən ötrü “saray təlxəyi” olmağını xahiş edin. Lap Orta əsrlərdə kral sarayında olduğu kimi, “təlxək” lazımi anda sizə çox inadkar olduğunuzu və özünüzü gülüş hədəfinə çevirdiyinizi və ya özünüzə qarşı həddən artıq ciddi olduğunuzu birbaşa deyə bilsin. Siz nəyi seçərdiniz: “təlxək” sizə səhvinizin nədə oluduğunu söyləsin və ya sizə gülsünlər?

Özünüz üzərində gülməyi öyrənin

Uğurlu şəxslər özlərinə istehza etməyi əla bacarırlar – öz yanlışları və səhv fikirlərini açıq söyləyə bilirlər. Səhvlərinizi etiraf etməyə və öz üzərinizdə əylənməyə xoşbəxtcəsinə hazır olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email