Xoşbəxt insanların uğur formulaları (5-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

uğur formulalarıXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

5-ci hissə

Əksinə davranın

Əksəriyyətin nə etdiyinə baxın və tam əksini edin: belədə ehtimal var ki, siz həmişə  həyatınız üçün düzgün yol seçəcəksiniz.

Earl Nightingale


İnsanları uğurlu hesab edənə kimi, onların nümunəsi üzrə hərəkət etmək üçün çoxlu imkanlarınız olacaq, lakin, hansısa bir anda siz digərlərinin etmədiyi kimi davranmalı olacaqsınız. Uğur fərqli formalar ala bilər: bəzən kütlədən aralanmaq lazımdır, ümumi səviyyədən yüksəkdə durmaq və hamının hansı istiqamətdə hərəkət etdiyinə baxıb, özünüzün əks tərəfə getdiyinizdən əmin olmaq lazımdır.

Əksəriyyətin düşündüyü və etdiyi kimi etməmək, bu o demək deyil ki, bunu yalnız başqalarından fərqlənmək naminə etmək lazımdır. Uğura doğru asan yolla da getmək olar və bunu təsdiq edən çoxlu sübutlar da var, lakin yaddan çıxarmaq lazım deyil ki, hansısa anda sizin maraqlarınız əksini etməyi tələb edəcək:

  • Dostlarınız təhsildən çox söz açırlar, lakin, oxumağa başlamaq üçün heç nə etmirlər; siz isə iradənizi bir yumruq kimi toparlayırsınız və nəticədə axşam kurslarında arzu edilən diplomu əldə edirsiniz.
  • Qiymətlər aşağı düşdükdə, təlaşa düşən adamlar səhmlərini və evlərini satmağa başlayırlar; siz isə ümumi əhvali-ruhiyyəyə uymursunuz və öz əmlakınızı qoruyub, saxlayırsınız.
  • Ətrafınızda olanların az bir hissəsi müntəzəm olaraq idmanla məşğul olur və sağlam qidalanır; siz isə işə piyada gedib-gəlirsiniz, idman zalını ziyarət edirsiniz və düzgün qidalanırsınız.
  • Bir çoxları özlərini bezikdirən vəzifəni nəhayət tərk edəcəklərini və öz arzularına uyğun iş tapacaqlarından yalnız söz açırlar; siz isə belə bir arzunuz varsa, onu dərhal həyata keçirirsiniz.

Ehtimal ki, sizə hamı kimi hərəkət etməmək sadə başa gəlməyəcək. Bəzən sizdə tək və atılıb qalmaq qorxusu baş qaldıracaq. Həmkarlar, dostlar və ailə üzvlərinin məsləhət axınının əksinə getmək heç vaxt asan olmur. Lakin, əgər siz nə etdiyinizi və nəyin naminə etdiyinizi onlara izah etsəniz, onlar yekunda sizinlə razılaşacaqlar.

Uğur fərqli formalar ala bilər. Bəzən kütlədən aralanma və ümumi səviyyədən yüksəkdə durmaq lazımdır.

Fəaliyyət üçün təlimat

Təklikdə fəaliyyət göstərmək – bu normal bir şeydir

Bəzən özünüzü ağ qarğa kimi hiss edin və nəzərə alın ki, bu sizə rahatsızlıq da gətirə bilər. Lakin, siz öz qərarınıza haqq qazandırmaq məcburiyyətində deyilsiniz. Adamlar sizin məntiqiniz və hətta sağlam fikirliliyinizə şübhə də edə bilərlər. Qoy olsun! Vaxtilə mən özümə işləmək üçün maliyyə sahəsində gəlirli vəzifəni buraxıb işdən çıxmışdım. Bir çoxları o vaxt ağlımı itirdiyimi və ya böhran yaşadığımı düşünürdülər. Təbii ki, bu mənə çox təsir edirdi, amma yenə də fikrimi dəyişmədim və özüm özümün ağası oldum.

Əksinə hərəkət etməyə çalışın

Həyatın hansı sahələrində siz arzu etdiyiniz məqsəd və nəticələrə çata bilməmisiniz? Siz nəyisə yenidən, təkrar-təkrar edirsiniz, lakin yenə eyni, yekun nəticəyə gəlirsiniz? Düşünün, nəticəni  yaxşılaşdırmaq üçün hərəkətləri necə dəyişə bilərsiniz?

Sizi yeni düşüncələrə gətirib çıxara bilən bir neçə nümunəvi vəziyyəti təqdim edirik:

  • Siz iş yerində vəzifədə yüksəlmək ümidi ilə inadla diqqəti özünüzə cəlb etməyə cəhd edirsiniz. Lakin, üç ildir ki, sizə bundan yüksək vəzifə təklif olunmur. Başqa cür hərəkət edin: inadkar və faydasız cəhdlərinizə son verin. Rəisinizlə səmimi söhbət edin, niyə oyundankənar saxlanılmağınızın səbəbini öyrənməyə çalışın. Mümkündür ki, sizi başqa bir yerdə daha yaxşı imkanlar gözləyir və sizə yalnız işdən çıxmaq və irəliyə doğru hərəkət etmək lazımdır.
  • Siz hər ayın sonunda müəyyən məbləğdə pulu arxaya atmaqla özünüzə pul yığmaq istəyirsiniz, lakin hər dəfə nağd pulların az olduğunu aşkar edirsiniz. Başqa cür hərəkət edin: ayın sonunu gözləmədən pulları maaşı alan təki, dərhal kənara qoyun. Həmin vəsaitləri təcili depozitə yatırın ki, onları çıxarmaq mümkün olmasın və növbəti əməkhaqqına kimi qalan vəsaitlə dolanmağa çalışın.
  • Siz yeni tanışlıqlara can atırsınız, amma “kor-koranə görüşü” sevmirsiniz. Əksini edin: idmanla və ya buna bənzər nəsə ictimai bir şeylə daha çox məşğul olun və yeni adamarla siz təsadüfən qarşılacaqsınız.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email