Xoşbəxt insanların uğur formulaları (6-cı hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

uğurXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

6-cı hissə

Qoy işiniz sizdən ötrü zövq mənbəyi olsun

Gec ya tez elə zaman gəlir ki, siz ürəyiniz istəyəni etmək istəyirsiniz.

Elə bir işə düzəlin ki, o,  həqiqətən sizin xoşunuza gəlsin və hər siz yuxudan sevinclə oyana biləsiniz. Əgər siz sevmədiyiniz bir işdə çalışmaqda davam edirsinizsə, deməli ağlınız yerində deyil.

Warren Buffett

İşiniz xoşunuza gəlir? Siz hər səhər yuxudan oyandıqda, ayağa durarkən və ofisə getmək üçün geyinərkən, sevinirsinizmi? Əgər, bir dəfə də olsa, “yox” demisinizsə, onda siz tək deyilsiniz. Conference Board assosiasiyasının 2014-cü ildə həyata keçirdiyi tədqiqata görə amerikanların 52 faizi iş yerində özlərini xoşbəxt hiss etmirlər. Personalın inkişafı ilə bağlı bir institutun apardığı son tədqiqata görə isə respondentlərin yalnız üçdə biri özlərinin indiki işlərindən razılıq ediblər, 23 faiz isə yeni iş yeri axtarışında olduqlarını bildiriblər.

Yəqin ki, uğursuz iş seçimi həyatın bu qədər vacib hissəsini tutmadığı təqdirdə belə ciddi bir problem olmayacaqdır, axı biz günün bütün işıqlı vaxtını demək olar ki, işdə keçiririk. Əgər, həftədə beş gün və gün ərzində doqquz saat işləsək, il ərzində 2250 saat edir. Biz hələ bura iş saatından əlavə çalışmaları, ofisə və oradan geriyə evə sərf olunan zamanı və evdə olarkən işgüzar yazışmaları kompüter arxasında oxudumuz vaxtı hesaba almırıq.

Məşqçi olaraq işlədiyim əksər insanlar öz fəaliyyətlərini olduqca məyus ibarələrlə qeyd edirlər, onu darıxdırıcı, bezikdirici, küt, gərgin, məşəqqətli və hətta qorxulu adlandırırlar.

Bu belə oldu-olmadı, pensiyaya çıxana və ya miras kimi nəsə əldə etməyənə kimi yaşamaq üçün çalışmalı olursan. O səbəbdən siz hər bir iş günündən mümkün qədər daha çox sevinc və həzz hissi almağı özünüzə təmin etməlisiniz. O dərəcədə təmin etməlisiniz ki, iş sizdən ötrü məşəqqətli bir çalışma yeri olmaqdan çıxa bilsin.

Siz sadəcə iş günündən nə qədər mümkünsə bir o qədər sevinci və zövqü özünüzə təmin etməyə borclusunuz.

Fəaliyyət üçün təlimat

Öz işinizi maraqlı edin

İş günü ərzində həqiqətən xoşunuza gələni və nədən zövq ala bilirsinizsə onu etməyə çalışın. İşinizin ürəyinizdən olmayan, xoşunuza gəlməyən tərəflərini digər birinə yönləndirmək mümkündürmü? Bu haqda rəisinizlə danışın və birlikdə iş öhdəliklərinizin siyahısında nələri dəyişdirməyin mümkünlüyünü araşdırın. Güman etmirəm ki, öz əməkdaşlarını motivasiya etmək istəməyən və onları məyus görmək istəyən rəhbər işçilər tapılsın.

Əgər işin özünü korrektə etmək imkanları yoxdursa, onda işə münasibəti dəyişdirmək lazımdır. Öhdəliklərinizin məyusedici və darıxdırıcı olduğu barədə düşünməməyə çalışın: baş verənləri “stəkan yarıya qədər doludur, yarıya qədər boşdur” prinsipini ilə dəyərləndirin. Öz gündəlik işinizdə və ümumilikdə karyeranızda  müsbət olanları tapın.

Öz iş yerinizi canlandırın

İş şəraitini necə təkmilləşdirmək, oranı necə asan və xoşagələn etmək olar? Dostlarınızla söhbət edin, onların ofislərinə gedin, xoşunuza gələn nümunələri öz iş yerinizdə tətbiq edin. Mən müxtəlif ofislərdə olmuşam və onların bəziləri digərlərindən şən və xoşəgəlimli olmaqları ilə kəskin fərqlənirdilər. Çünki:

  • adamlar gülümsəyir, bir-birlərinə hadisələr danışır, musiqi sələnirdi;
  • kofe içmək və hansısa bir oyun oynamaq üçün istirahət yeri var idi;
  • hamı pozitivdir, bir-birinə qarşı xeyirxah və lütfkardırlar.

İşin özü darıxdırıcı və bezikdirici ola bilər, lakin ətrafdakıların və mövcud olan əhvali-ruhiyyənin xoşagəlimli olması, bunları kompensasiya etməyə və əhvalı yüksəltməyə qabildir.

Davam edin

Və həqiqətən də hazırkı iş yerini və ofisdəki atmosferi dəyişdirmək mümkün deyilsə, onda işdən çıxmaq barədə düşünün. Özünüz uyğun gələn bir yeri axtarın, elə bir iş yeri ki, sizə sevinc gətirəcək və orada günləriniz çox maraqlı keçəcək. Həyat çıx qısadır, onu sizi xoşbəxt edə bilməyən və depressiyaya gətirib çıxaran şeylərə həsr etmək olmaz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email