Xoşbəxt insanların uğur formulaları (7-ci hissə)

posted in: Maliyyə, Xəbər | 0
birbank biznes

Xoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

7-ci hissə

Günə düzgün başlayın

Güzgüyə nəzər salıb gülümsəyin. Hər gün bunu təkrar edin və həyatınızın necə dəyişdiyinin şahidi olacaqsınız.

Yoko Ono

Səhərlər pis əhval-ruhiyyədə qalxsanız, onda uğurlu həyatla bağlı düşüncələrlə xudafizləşə bilərsiniz. Başladığınız istənilən bir işin uğurlu olub-olmaması, ona hansı əhvali-ruhiyyədə başlamağınızdan asılıdır. Bu hər bir günə də aiddir.

Nə etməyinizdən asılı olmayaraq, uğursuzluq həmişə ola bilər. Lakin, Aristotelin söylədiyi bir müdrik ifadə də var: “Yaxşı başlanğıc – artıq işlərin yarısı deməkdir”. Nədən söz getməsindən – işdən, hazırlanan şam yeməyindən və ya idmanla məşğul olmaqdan asılı olmayaraq – yaxşı başlanğıc başladığınız işi sona çatdırmaqda yardım edir. Mühərriki işə düşməyən avtomobili, yaxşıca itələmək lazımdır – istənilən işin başlanğıcı üçün bu yaxşı impulsdur.

Bunu hər bir gün üçün də demək olar. Bu gün işlərin düz gətirməməsinə yüzlərlə səbəb tapmaq olar: yaxşı yatmamısınız və siz kədərlisiniz; avtobus xarab olub və siz işə piyada getməli olmusunuz, özü də yağışın altında… Əgər, belə davranış vərdiş halını alsa və fərəhsiz seylər normaya çevrilsə – bu çox təhlükəli ola bilər, çünki belədə siz hər zaman başa çatdırılmayan işlərin dalınca qaçmalı olacaqsınız və bu sizin nəyinizə lazımdır?

Yeri gəlmişkən, istirahət gününün səhəri də ümumi qayda üçün istisna təşkil etmir. Həmin gün siz ev işləri ilə məşğul olursunuz və ya qiymətli asudə vaxtınızı özünüzə sərf edirsiniz – həmin günə də yaxşı əhvalla başlayın.

Günə pis başlasanız – uğurlu həyatla bağlı düşüncələrlə sağollaşa bilərsiniz.

Fəaliyyət üçün təlimat

Özünüzə bir neçə yaxşı səhər vərdişləri aşılayın

  • Günə həmişəki kimi tələsmədən, sakit başlamaq üçün adət etdiyinizdən yarım saat tez qalxın. Sakit musiqi altında meditasiya edin, fiziki təmrinləri həyata keçirin və ya yoqa ilə məşğul olun.
  • Səhər yeməyinə zaman ayırın, özü də bunu qaçaraqdan etməyin, stol arxasında normal şəkildə yerinə yetirin. Siz neçə saatdır yeməmisiniz və bədəninizə enerji lazımdır. Əgər mümkündürsə, səhər yeməyini evdəkilərlə birlikdə yeyin. Və onlara qarşı mərhəmətli olun, onlara da günə yaxşı başlamaları üçün kömək edin.
  • Bir-birinizin gözlərinə baxıb gülümsəyin, onların özlərini necə hiss etmələri ilə maraqlanın. Və səhər yeməyinə xoşagəlməz söhbətlərdən, misal üçün dünənki mübahisədən başlamayın.
  • İş yerinə necə – piyada, velosipedlə, maşında, avtobusla və ya metro ilə çatmağınızdan asılı olmayaraq – özünüzdən ötrü qərar qəbul edin, bundan sonra həmin yol sizdən ötrü stress mənbəyi olmayacaq. Ofisə gedən yolu, zaman baxımından özünüz üçün maraqlı edin və çalışın istirahət edə biləsiniz – musiqi dinləyin, kitab oxuyun və ya sadəcə mürgüləyin!
  • İş yerinə “üçüncü zəngdən” bir qədər tez çatın və çalışmağa hazır olun. Həmkarlarınızı salamlayın, onlara xoş sözlər deyin. Gün üçün siyahı tutun və orada hansı ardıcıllıqla məşğul olacağınızı qeyd edin. Və səhər üçün bir fincan qəhvə içməyi də yaddan çıxarmayın.
  • Və nəhayət, səhərlər özünüzə qarşı daha diqqətli olun. Ailənizə həmkarlarınıza qarşı xeyirxah olun, onları sevindirməyə cəhd edin.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email