Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (II hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

böyük mühasib, mühasib köməkçisi, vakansiya,
Həmkar-mühasiblərlə ünsiyyət zamanı biz adi mühasiblərə uğurlu mühasib olmaqda kömək edən dörd sadə üsulu müəyyən edə bildik. Onlar elə də mürəkkəb deyil. Özünüz də buna əmin ola bilərsiniz.
Mühasibatlıq – bu rəqabətli üstünlükdür

Təəssüf ki, hələ də mühasibatın şirkətin kommersiya fəaliyyətinin bir hissəsi olmadığını düşünən insanlar var. Bəli, mühasib marketinq, satış və ya istehsalda iştirak etmir. Lakin bu, öz işini şirkətin rəqabət üstünlüyü ilə edə bilməyəcəyinizi nəzərdə tutmur. Sizin bütün təşkilatınızın əsas məqsədi – digərlərindən hər şeyi daha yaxşı etməkdir. Mühasibat uçotu da bu sahədə istisna təşkil etmir.

Menecment nöqteyi-nəzərindən mühasibatlıq şirkətdəki istənilən digər bölmələrə bənzəyir. Deməli, onun üçün məhsuldarlıq və səmərəlilik məsələləri ən yüksək dərəcədə aktualdır. Hətta söhbət ikinci dərəcəli səmərəlilikdən, şirkətlərin xidmət göstərən proseslərindən getsə belə, yenə də aktuallıq kəsb edir. Xərclərin uçotu baxımından mühasibatlıq eyni gəlir / xərc mərkəzidir və buna görə də idarə edilə bilər və edilməlidir.

Öz işinizə aşağıdakı kriteriyaları daxil edin:
  • mühasibat uçotunun qeydiyyatlarının aparılması dəqiqliyi və düzgünlüyü;
  • vergi və idarəetmə hesabatlarının formalaşdırılmasının vaxtında həyata keçirilməsi;
  • mühasibat və vergi hesabatlarında məlumatların tamlığı.

Bundan ötrü göstəricilər üzərində düşünün və onlara əməl edin. Bir müddət sonra, yalnız siz deyil, həm də rəhbərlik birbaşa işinizin təsirini hiss edəcək.

Ağılla istirahət edin

Hər halda, mühasibin işi kəskin zəka, müşahidə və həssaslıq tələb edir. Buna görə daima intellektinizi məşq etdirməlisiniz. Bunu ən yaxşısı istirahət zamanı etməkdir. Bundan ötrü ən sadə üsul – mütaliədir. Daha xoşagəlimli variantlar da var – stolüstü oyunlar, əl işləri və ya rəsm çəkməklə məşğul olmaq və s. Çox yəqin ki, siz artıq söylənilənlərdən istifadə edirsiniz.

Öz asudə vaxtınızı mədəni şəkildə rəngarəng etmək, çox mühümdür. Sevimli seriallar – bu, yaxşı istirahətdir. Lakin, ən yaxşısı kinoya və ya teatra getməkdir. Hətta ən stresli günlərdə, hesabat və ya yoxlamalar zamanı belə, çox yəqin ki, yaxınlıqdakı teatrda təzə tamaşaya baxmaq üçün sizin bir-iki saatlıq vaxtınız  tapılar. Belə bir istirahət yetişkən və harmonik şəxsiyyətin bir parçası, özünə əminliyin və etibarlı peşəkarlığın bir işarəsi hesab olunur.

Gördüyünüz kimi, bizim məsləhətlərdə nağılvari heç bir şey yoxdur: bunlar, yapon pəhrizindən daha sadə olan və olduca əlçatan üsullardır. Ən başlıcası – bundan heç bir stress yaranmır!

Hətta asudə vaxtınızı daha da rəngarəng etmək üçün siz özünüz də bu sıyahıya nələrsə əlavə edə bilərsiniz. Bütün bunlar isə o deməkdir ki, siz artıq “yaxşı mühasib” anlayışına çox yaxınsınız.

Print Friendly, PDF & Email