Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (I hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Uğurlu mühasib olmaq üçün 4 sadə üsul (I hissə)

Uğur reseptləri – bunlar bir çox bizim həmkarlarımızın can atdığı yeni “müqəddəs Qraaldır”. Lakin məlum olduğu kimi, yaxşının düşməni əladır. Uğur dalınca qaçarkən reallıq hissini sadəcə itirə və həyatda ən vacib olan harmoniyanı unuda bilərsiniz. Buna görə, onlarla mühasib ilə söhbət zamanı biz belə bir nəticəyə gəldik ki, həmin mühasiblərin bir çoxundan ötrü vacib olan karyera yüksəlişi deyil, sadəcə öz işini yaxşı yerinə yetirməkdir. Sonuncu şəxsi uğurlara çatmadan, karyera yüksəlişindən daha çətindir. Özünüz də bizimlə razılaşarsınız ki, yaxşı mühasiblərə artıq ən yaxşı olanlardan daha tez-tez rast gəlinir.

Həmkar-mühasiblərlə ünsiyyət zamanı biz adi mühasiblərə uğurlu mühasib olmaqda kömək edən dörd sadə üsulu müəyyən edə bildik. Onlar elə də mürəkkəb deyil. Özünüz də buna əmin ola bilərsiniz.
Ünsiyyət – bu, ən yaxşı təhsildir

İxtisasın artırılmasının birbaşa xüsusi kurslar və ya təcrübəli məşqçilər yanında öyrənməklə əlaqəli olduğu qəbul edilib. Təbii ki, bunun belə olması ilə bağlı tutarlı dəlillər var. Lakin, o da faktdır ki, bahalı kurslar, gözəl sertifikatlar və bir neçə gün işdən kənarda qalmaq, heç də həmişə gözləntiləri doğrultmur. Təcrübəli mühasiblərin qeyd etdikləri kimi, peşəni daim öyrənmək lazımdır. Buna isə həmkarlarınla fasiləsiz ünsiyyət vasitəsilə nail olmaq mümkündür.

Daim digər şirkətlərdən olan həmkarlarla ünsiyyət qurma imkanı axtarın. Hazırda bundan ötrü bütün şərait vardır: forumlar, portallar, sosial şəbəkələr. Bu saytlar öz biliklərini daim aktuallaşdırmağa və konkret praktiki məsləhətlər almağa imkan verir. Bundan başqa, vergitutma, qanunvericilik, hüquqi münasibətlər və s. sahəsində bir çox aparıcı məsləhətçi və ekspertlər həmin forum və portallarda ünsiyyət qururlar. Siz birbaşa məsləhət alaraq onlara bilavasitə suallar verə bilərsiniz. Onlara abunə olun, onlara suallar verin, ünsiyyət saxlayın.

Digər peşələrdən öyrənməyə çalışın

Adi menecerin gündəlik iş qaydaları mühasibin iş cədvəlindən çox fərqlənirmi?  Əslində elə də güclü fərqlənmir. Onda niyə digər peşələrin nümayəndələrinin öz iş məkanını və vaxtını necə təşkil etdiklərinə baxmayasan ki?

Layihə menecerlərindən vaxt idarəçiliyini öyrənə bilərsiniz – günün hər dəqiqəsini faydalı keçirdiyiniz və çərəzlər ilə çay içmək üçün vaxtınız olduqda, həmişə bunu edə bilərsiniz. Satış menecerlərinin kommunikasiyaları necə qurmaqla bağlı üsulları araşdırmaq olar (biz əminik ki, mühasib heç də susqun bir peşə deyil). Hüquqşünaslar qanunvericilikdən necə xəbərdar olmağı, hansı xidmətlərə və xəbər lentlərinə abunə olmağı sizə xəbər verəcəkdir. Marketoloqlar maraqlı bir forum təklif edəcəklər və sisadminlər işdə hansı tətbiqlərdən istifadə edə biləcəyinizi, mühasibat sistemini və ya elektron sənəd mübadiləsi xidmətini daha yaxşı necə seçəcəyinizi izah edəcəklər.

Yeri gəlmişkən, siz işdən ötrü öz smartfonunuzdan istifadə edirsinizmi? Və bütün bunlar sizin iş gününüzü düzgün və səmərəli şəkildə qurmağa, mühasibat uçotu dünyasındakı dəyişikliklərdən xəbərdar olmağa və cari vəzifələri həll etməyə kömək edəcək. Belə ki, informasiya, istinad, ünsiyyət və planlaşdırma, hər şey üçün, hər şeydən ötrü bir çox müxtəlif mobil xidmətlər var.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Print Friendly, PDF & Email