Uşağın anadan olmasına görə müavinət – Müavinətin verilməsi dövrü

posted in: Müavinət, Xəbər | 0
Uşağın anadan olmasına görə müavinət
Uşağın anadan olmasına görə müavinət

Uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur və uşağın anadan olmasına görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

Uşağın anadan olmasına görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.

Həmçinin oxu: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinətin verilməsi halları.
Uşağın anadan olmasına görə müavinət almaq hüququ olan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşağın anadan olmasına görə müavinət almaq hüququ vardır.

Uşağın anadan olmasına müavinətin verilməsi dövrü

Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir.
Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.

İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər
 hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.

Həmçinin bax: Hamiləlik və doğuma görə müavinətin təyin edilməsi və verilməsi

Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.

Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir.
Uşaq ölü doğulduqda müavinət verilmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *