Üstünlükləri və əskiklikləri ilə mühasib peşəsi

“Dünyada bütün işlər yaxşıdır” – belə bir məşhur deyim var. Bu həqiqətənmi belədir? Şaxtaçının əməyini həyətlərdə gözətçi işləyən birinin işi ilə müqayisə etmək olarmı? Bizə görə belə bir müqayisə çox mübahisəli olardı. Amma, necə olmasından asılı olmayaraq, insan fəaliyyətinin tamamilə müxtəlif istiqamətləri üzrə vakansiya yerlərini tutmaq istəyən adamlara həmişə rast gəlinir və bu cəmiyyətdə öz özəyinin fəaliyyətini təmin edir, hansı ki, o da öz növbəsində digər özəklərin fəaliyyətini təmin edir və elə bu cür hər şey dünyada bir-biri ilə əlaqəli olur və onlardan hər hansı biri ləğv edilərsə, onun ardınca özündən əvvəlkinə əsaslanan digərləri də yoxa çıxar.

İndi isə mühasib işi, sözügedən peşə fəliyyətinin spesifikliyi və onun müsbətləri və mənfilikləri  barədə bir qədər ətraflı danışaq. Birincisi, müəllifin fikrincə, ümumiyyətlə, müəyyən etmək lazımdır ki, mühasibat fəaliyyəti nədir? Mühasib – təhsil almış mütəxəssisdir, hansı ki, iqtisadiyyat və vergitutma sahəsində fəaliyyətdə olan mövcud qanunlara uyğun mühasibat uçotu sistemi üzrə işləyir.

Sözügedən peşə fəaliyyəti ilə məşğul olmağın başlıca müsbətləri hansılardır?  

İlk növbədə bu peşənin həddən artıq tələb olunmasıdır. Belə ki, sahibkarlıq bazarı durmadan artır, genişlənir və hər bir müəssisəyə, şirkətə, təşkilata ən azından bir mühasib tələb olunur. Düzdür, bu işləri mühasib xidmətləri təklif edən təşkilatlarla da görmək mümkündür, lakin yenə də mühasibin varlığı təkcə mühüm deyil, həm də bir zərurətdir.

İkincisi, üstünlüklərdən biri də əlavə qazanc yeri əldə etməklə bağlıdır. Belə ki, bir və ya bir neçə kiçik təşkilat və ya şirkət mühasibat uçotunun aparılması ilə bağlı eyni mühasibi işə qəbul edə bilərlər ki, bu zaman iş saatı ilə bağlı norma nəzərdə tutulmur. Yəni, bir təşkilatda işini qurtaran mühasib, bir qədər sonra ikinci iş yerində çalışmaqla özünə həm xeyli təcrübə toplayır və eyni zamanda əlavə qazanc əldə edə bilir.

Bəs mənfilər???

Bu fəaliyyət sahəsi ilə bağlı əskikliklər isə bir qədər çoxdur. Psixoloqların fikrincə, mühasib işi – ən stressli və gərgin işlərdən biri hesab olunur.

Bunlar nə ilə bağlıdır?

Mühasib peşəsində çalışan adam daimi olaraq qanunları diqqətdə saxlamalıdır, hər hansı bir dəyişiklik və yenilik olarsa, bundan xəbərdar olmalıdır. İkincisi, məsuliyyət amili də burada mühüm əhəmiyyət kəsb edir, daim həmin məsuliyyətin qorxusu altında olursan, dövlət orqanları tərəfindən nəzarət qorxusu da bir yandan… Arada qanunvericiliklə bağlı ziddiyyətlər nəticəsində də problemlər ortaya çıxır, bilik sahəsində də dissonanslar yaranır.

Mühasibin işində faktiki olaraq heç bir yaradıcı inkişaf yoxdur, bu monoton və olduqca mürəkkəb bir işdir.

Mühasibat xidmətində bütün fəaliyyətlər daim ciddi qaydada tənzimlənmə reqlamentinə  əsaslanır və  “bir damla da olsun təmiz hava axınının” olmaması riski altında olur.

Auditor yoxlamaları – bunlar stressə gətirib çıxaran ayrıca amildir. Axı, əməkdaşın istənilən bir səhvi üzündən ona qarşı vergi orqanlarında vəsaitlərin mənimsənilməsi və ya gizlədilməsi ilə bağlı şübhələr  yarana bilər, onun üzərinə cinayət məsuliyyəti qoyula bilər və maliyyə ilə əlaqəli vəzifə tutması qadağan oluna bilər, həmçinin yüksək cərimələr kəsilə bilər.

Maddi məsuliyyət mühasibin psixoloji sıxıntısını “başa çatdırır”, lakin əmək haqqının ən yüksək səviyyəsini təsdiq etmir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *