Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 mart tarixli 94 və 100 nömrəli, 18 mart tarixli 110 nömrəli, 28 mart tarixli 130, 133, 135 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci və 4.3-cü bəndlər ləğv edilsin.
2. 5-ci hissədə “Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatının tətbiqinə başlanıldığı tarixdən etibarən” sözləri “2020-ci il 1 yanvar tarixindən” sözləri ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:
3.1. 1.1.4.6.1.0-cı yarımbənddə “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkanda reklamın yayımı üçün” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;
3.2. “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.6-cı yarımbəndindən “dövlət və bələdiyyə torpaqlarında, binalarında və digər obyektlərində” sözləri çıxarılsın.
4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:
4.1. altıncı sətirdə “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;
4.2. “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:
4.2.1. 1.1.0-cı paraqrafda “Ali və yuxarı icra hakimiyyəti orqanlarının fəaliyyəti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” sözləri ilə əvəz edilsin;
4.2.2. 1.1.2-ci paraqraf aşağıdakı redaksiyada verilsin:
“1.1.2. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların və icra səlahiyyətlərini həyata keçirən orqanın fəaliyyəti” paraqrafına Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və onun strukturuna daxil olan dövlət büdcəsindən maliyyələşdirilən tabeli qurumlar, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin saxlanılması xərcləri daxildir.”.
5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı
Sıra
№-si |
Baş kredit sərəncamçıları | Kod |
1 | 2 | 3 |
1. | Azərbaycan Respublikasının Milli Məclisi | 1101 |
2. | Naxçıvan Muxtar Respublikasının Ali Məclisi | 1102 |
3. | Azərbaycan Respublikası Prezidentinin Administrasiyası | 1201 |
4. | Azərbaycan Respublikasının Nazirlər Kabineti | 1202 |
5. | Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi | 1203 |
6. | Azərbaycan Respublikasının xaricdəki diplomatik
nümayəndəlikləri və konsulluqları |
1204 |
7. | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi | 1205 |
8. | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi | 1207 |
9. | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | 1208 |
10. | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi | 1209 |
11. | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi | 1210 |
12. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | 1211 |
13. | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 1212 |
14. | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 1213 |
15. | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi | 1214 |
16. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 1215 |
17. | Azərbaycan Respublikasının Təhsil Nazirliyi | 1216 |
18. | Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi | 1217 |
19. | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi | 1218 |
20. | Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 1219 |
21. | Azərbaycan Respublikasının Energetika Nazirliyi | 1221 |
22. | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi | 1223 |
23. | Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi | 1224 |
24. | Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 1225 |
25. | Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 1227 |
26. | Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 1230 |
27. | Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 1231 |
28. | Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi | 1232 |
29. | Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası | 1233 |
30. | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti | 1235 |
31. | Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti | 1238 |
32. | Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti | 1239 |
33. | Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi | 1243 |
34. | Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi | 1244 |
35. | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi | 1245 |
36. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti | 1247 |
37. | Yerli icra hakimiyyəti orqanları | 1251 |
38. | Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti | 1252 |
39. | “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi | 1255 |
40. | Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
1256 |
41. | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi | 1259 |
42. | Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi | 1264 |
43. | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi | 1265 |
44. | Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti | 1268 |
45. | Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik | 1269 |
46. | Dənizkənarı Bulvar İdarəsi | 1270 |
47. | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi | 1272 |
48. | Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti | 1274 |
49. | Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti |
1277 |
50. | Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi | 1278 |
51. | Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil- Kooperativ Təsərrüfatı İdarəsi | 1284 |
52. | Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti | 1285 |
53. | Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi | 1287 |
54. | Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti | 1289 |