fbpx

Vakansiya: Baş Mühasib – Qarabağ Taxıl MMC

birbank biznes

Vakansiya: Baş Mühasib.

İşəgötürən: Qarabağ Taxıl MMC.

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti

– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək

– Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək

– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək

– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinənəzarət etmək

– Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək

– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək

– İş şəraiti:

– İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.

– İstirahət: Bazar günü;

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)

– Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur

– 1C Proqram təminatında işləmə bacarığı

– Stresədavamlı, tələbkar, məsuliyyətli

– Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı

– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır

CV-lərinizi / ünvanına göndərin.

Mənbə: finstaff.az


Print Friendly, PDF & Email
error: Content is protected !!