Vakansiya: Mühasib tələb olunur.
İşəgötürən: L. B. Audit Xidməti.
- Əmək haqqı: 700 – 1000 AZN.
- Şəhər: Bakı
- Yaş: 25 – 45 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: HR
- E-mail: /
Vakansiya barədə məlumat:
– Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması
– Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması
– Qəbul olunan e-qaimələrə nəzarət olunması (sənədləşmə prosesinin dəqiq və düzgünlüyünə) və ödənişlərin müştəri bank vasitəsilə həyata keçirilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Vergi bəyənnamələrinin, ƏDV, ÖMV hesabatlarının hazırlanması və təqdim olunması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Rəhbərlik tərəfindən tələb olunan daxili hesabatların hazırlanması
– Pul vəsaitlərinin hərəkətinə aid hesabatların hazırlanmas
Digər məlumatlar:
- 5 günlük iş həftəsi
- İş rejimi: saat 09.00-dən 18.00
- Müqavilə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun
- Əmək haqqı: 700-1000 AZN ( əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri )
Mühasib üçün tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
- Kompüter bilikləri: MS Office/Excel, 1C proqramında mükəmməl işləmə bacarığı
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
Mənbə: finstaff.az