Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əməl etməyib, dövriyyəni olduğu ayda bəyan etdikdə cərimə hesablana bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

cəriməSual: Müəssisə ay ərzində təqdim etdiyi malları həmin ayda dövriyyəyə daxil edərək (malların dəyəri növbəti ayda 30 gündən tez ödənilərsə) həmin ay üçün ƏDV hesablayıb dəyərini ödəyərsə, bu vaxt hər hansı vergidən yayınma baş verirmi və yaxud maliyyə sanksiyası nəzərdə tutulurmu?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sorğunuzda qeyd olunduğu kimi, növbəti ayda göstərilməli olan vergi məbləği azaldılacağı halda vergi ödəyicisinə münasibətdə yuxarıda sözügedən maliyyə sanksiyası tətbiq oluna bilər.

Bax: Vergi Məcəlləsinin 58.1-ci maddəsi.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad olunanda gəlir vergisi tutulur?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email