Vergi tarixinin xronologiyası (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Vergi tarixi və onun xronologiyası

1-ci hissə

Misir

Misir fironlarının hakimiyyəti dövründə vergi yığanlar daha çox mirzələr kimi tanınırdılar. Bir mərhələ dövründə onlar bitki yağlarına vergi tətbiq etmişdilər. Vətəndaşların bitki yağı vergisini ödəməkdən yayınmalarının qarşısını almaq üçün onlar ev təsərrüfatlarının bitki yağını lazımi miqdarda istehlak edib-etmədiklərini yoxlayır və vətəndaşların yemək hazırlığının digər prosesləri nəticəsində əmələ gələn qalıqlardan vergi tutulan yağın əvəz edilməsi kimi istifadə etməyəcəklərini qeydə alırdılar.

Yunanıstan

Müharibə dövründə afinalılar eisphora adlanan vergini təbiq edirdilər. Hərbi dövrün xüsusi xərclərini ödəmək üçün istifadə olunan vergidən heç kim azad edilmirdi. Yunanlar fövqəladə vəziyyət başa çatdıqdan sonra vergini ləğv edə bilən bir neçə cəmiyyətdən biridir. Hərbi əməliyyatlar nəticəsində əlavə resurslar əldə ediləndə onlardan verginin ödənilməsi üçün istifadə olunurdu.

Afinalılar əcnəbilər üçün, atası və ya anası Afinadan olmayan adamlardan ötrü  aylıq yastıq vergisi tətbiq etmişdilər ki, bu da kişilər üçün bir draxma, qadınlar üçün isə yarım draxma təşkil edirdi. Vergi metoykion adlanırdı.

Roma imperiyası

Romada ən erkən vergilər portoria adlandırılan idxal və ixrac üçün gömrük rüsümları oldu.

Sezar Avqust Roma imperiyasının ən parlaq vergi strateqi hesab olunurdu. Onun hakimiyyəti dövründə “ilk vətəndaş” kimi publicani ” həqiqətən, mərkəzi hökumət üçün vergi kollektorları kimi ləğv edildi. Həmin dövrdə vergi yığımının məsuliyyəti şəhərlərin üzərinə qoyulurdu. Sezar Avqust hərbçilərin pensiya fondunu təmin etmək üçün mirasa görə də vergi tətbiq etmişdi. Vergi uşaqlara və həyat yoldaşına verilən hədiyyələr çıxılmaqla, bütün mirasın beşdə bir hissəsini təşkil edirdi. İngilislər və hollandlar, miras vergilərini inkişaf etdirərkən Avqustun tətbiq etdiyi miras vergisindən yararlanmışdılar.

Yuli Sezarın hakimiyyəti dövründə satışdan 1 faizlik vergi tətbiq olunmuşdu. Sezar Avqustun dövründə isə satışdan vergi qullar üçün 4 faiz, digərləri üçün isə 1 faiz təşkil edirdi.

Kapernaumdan olan Müqəddəs Matvey Sezar Avqustun hakimiyyəti dövründə mıtar (vergi yığan) olmuşdu. O, yerli şəxs olmasa da bu vəzifəyə təyin edilmişdi.

Eramızın 60-cı ilində Şərqi İngiltərə kraliçası Boadiseya Britaniya adalarında korrupsiyalaşmış vergi yığanlara qarşı başlanan üsyana rəhbərlik etmişdi. Deyilənlərə görə, onun rəhbərlik etdiyi üsyanda 100 mil ətrafında olan bütün Roma əsgərləri məhv edilmişdi; o, Londonu ələ keçirmişdi; deyilənə görə üsyan zamanı 80 min nəfər öldürülmüşdü. Kraliça 230 min nəfərlik ordu toplaya bilmişdi. Həmin üsyan imperator Neron tərəfindən yatırılmışdı və nəticədə Britaniya adalarına yeni canişinlər təyin edilmişdi.

Məqalənin 2-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi tarixi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *