fbpx

İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi?

posted in: Vergi, Xəbər | 0

vergi öhdəlikləri, təsisçi, Əvəzləşdirilməyən ƏDV,Sual: İşçinin valideynlərindən biri 1941-1945-ci illər ərzində müharibədə iştirak edibsə, həmin işçiyə vergi tutulmalarında güzəştlər oluna bilərmi? (vergi tutulmaları)

Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır və güzəştdən istifadə etmək üçün yaş həddi nəzərdə tutulmamışdır. Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, AR Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi tutulmaları güzəştlər
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!