Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?

posted in: Vergi, Xəbər | 0
Vergi yoxlamasıSual: Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. 2015-2016-2017 hər il növbədənkənar vergi yoxlaması açılıb hər il üçün də mən bütün cərimələri ödəmişəm və Azərbaycan Respublikasına vergi departamentinə heç bir borcum yoxdu. Amma indi məni dəvət ediblər vergi departamentinə və məndən tələb edilər ki, dividend ödəməliyəm özü də son üç il üçün. Mən bilmək istəyirəm. Sadələşdirilmiş vergi ödəyicisi 4% dividend ödəyicisidir. Bir də mənə deyirlər dividend başqa növbədən kənar audit yoxlaması başqa. Biz nə qədər pul qazanırıq ki, həm 4%, həm dividend həm də audit yoxlama.
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxs sadələşdirilmiş vergini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatdan, habelə satışdankənar gəlirlərdən müvafiq dərəcə ilə hesablayaraq bəyan edir və ödəyir. Dividend isə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Öz təsisçisinə belə ödənişləri edən hüquqi şəxs vergi agenti kimi 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, bəyan etməli və büdcəyə ödəməlidir. Müvafiq olaraq sorğunuzdan hüquqi şəxsi təmsil etdiyiniz qənaətinə gələrək bildiririk ki, təsisçiyə xalis mənfəətin bölüşdürülməsi ilə əlaqədar ödənilən dividendən 10 faiz dərəcə ilə vergini tutmaq və büdcəyə ödəmək hüququ şəxsin, o cümlədən də sadələşdirilmiş vergi ödəyicisinin vəzifəsidir. Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə şübhə yarandığı halda vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara bilər. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Bax: Mülki Məcəlləsinin 52-ci maddəsi, Vergi Məcəlləsinin 13.2.15-ci, 122.1-ci, 150.1.4-cü və 219.1-ci maddələri.
Mənbə: taxes.gov.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *