» » » Vergidən azadolmalar və güzəştlər

Vergidən azadolmalar və güzəştlər

posted in: Uncategorized | 0
  • Xeyriyyə təşkilatlarının gəliri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
  • qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
  • beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla);
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının, onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun, habelə Əmanətlərin Sığortalanması Fondunun gəlirləri;
  • alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa)
  • Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa.
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.

Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər daxil edilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *