Vergilər naziri Portuqaliyada görüşlər keçirib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər naziriPortuqaliyanın Lissabon şəhərində keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru xanım Helena Borxes ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq və gələcəkdə qarşılıqlı hüquqi-müqavilə bazasının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycanın vergilər naziri İspaniyanın Vergi Agentliyinin baş direktoru Xesus Qaskon ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, xüsusilə Avropa İttifaqının Tvinninq yardım aləti vasitəsilə həyata keçirilən və İspaniya Krallığının aidiyyəti qurumlarının tərəfdaş olduğu layihələrin vergi sisteminin təkmilləşdirilməsi prosesinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin, Azərbaycan və İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın hüquqi qüvvəyə minməsi, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı məsələləri müzakirə ediblər.

Vergilər naziri Mikayıl Cabbarov Sammit çərçivəsində Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Vergi Müfəttişliyinin rəhbəri xanım Edita Yanuşene və Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Oleksandr Vlasov ilə də görüşüb. Hər iki görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email