Xaricdə təhsil üzrə xidmət vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Xaricdə təhsil Xaricdə təhsil üzrə xidmət vergiyə necə cəlb edilir?


Sual: 1. Xaricdə təhsil üzrə xidmət: Agent müqaviləsi əsasında xaricdə yerləşən dil tədris məktəblərinə ödənişli əsaslarla dinləyici (müştəri) tapmaq və xarici partnyorun xidmətlərinin satışı zamanı müştəri ödəniş edən an nağd qaydada (kassa mədaxil orderi) qəbz təqdim etməklə ödəniş qəbul edilə bilərmi?

2. Xaricdə yerləşən dil tədris məktəblərinə kursa göndəriləcək müştəridən qəbul edilən pul məbləğini (təhsil haqqı və xidmət haqqını) Xaricdə yerləşən dil tədris məktəbinə tərəfimizdən göndərərkən ödəmə mənbəyindən vergini tutmalıyıqmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir. Müştərilərdən qəbul edilən xidmət haqları ilə bağlı nağd pul hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirilə bilər.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi. Eyni zamanda, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Əks halda ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 13.2.16-cı və 125-ci maddələri.

Mənbə: taxes.gov.az

Bax: Qəza nəticəsində yararsız hala düşmüş avtomobilə görə alınan sığorta məbləği vergiyə cəlb edilir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
xaricdə təhsil, xidmət
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir