“Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.5-ci yarımbəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
- Bu Qərar dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş Naziri Əli Əsədov