Yaponiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Yaponiya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Yaponiya vergi sistemi 1950-ci illərdə formalaşıb və keçən illər ərzində xırda təşkilati və kiçik qanunverici dəyişikliklərə məruz qalıb.

Struktura görə maliyyə nazirliyinin tərkibinə daxil olan və nazirliyin “kənar” idarəsi hesab olunan Milli vergi idarəsinin (MVİ) üzərinə həm birbaşa ümumdövlət vergisinin toplanılması və bundan yayınma hallarının qarşısının alınması, eləcə də dolayısı vergilərin toplanılması kimi funksiyalar qoyulub. Maliyyə nazirliyinin səlahiyyətlərinə daxil olan gömrük rüsumları və gəmi yığımları istisna təşkil edir.

Yaponiyada ümumdövlət vergilərindən əlavə həm də yerli vergilər: prefektura və bələdiyyə vergiləri də tutulur. Ümumdövlət vergilərinə prefektura ərazisində yaşamaqla bağlı vergi, işçilərin sayından asılı olaraq müəssisələrdən tutulan vergi, daşınmaz əmlak alışına görə vergi, tütün məhsullarına tətbiq olunan aksiz vergisinin bir hissəsi, tamaşa tədbirləri ilə əlaqəli vergi, nəqliyyat vasitələrinə görə vergi, gəlir vergisi və təbii resurslardan istifadəyə görə vergi aiddir. İkinciyə isə – yaşayış, mülkiyyət vergisi, tütün məhsuluna görə aksiz vergisinin bir hissəsi, yüngül nəqliyyat vasitələrinə görə vergi, torpağ mülkiyyətinə görə, şəhərlərin inkişafına görə və s. vergiləri aid etmək olar. Yerli vergilər yerli idarəedici orqanlar tərəfindən tutulur ki, onların da ümumvergi orqanlarından asılı olmayan öz vergi idarələri olur.

127 milyon nəfərlik əhaliyə malik olan Yaponiyada MVİ-nin ştat heyəti 56 466 nəfər təşkil edir.

Vergi növləri

Hazırda Yaponiyada 50 müxtəlif vergi növü mövcuddur. Başqa ölkələrdə olduğu kimi Yaponiya vergiləri mərkəzi və yerli, birbaşa və dolayısı, adi və məqsədli vergi növlərinə bölünür.

Bütün vergi daxilolmalarının əsasını – dövlət büdcəsinə daxilomaların təxminən 70%-ni gəlir vergisi və hüquqi şəxslərdən tutulan vergilər təşkil edir.  Gəlir vergisi fərdi şəxslərin əldə etdiyi hər cür gəlirlərdən tutulur.
Hüquqi şəxslərin vergisi sahibkarlıq fəaliyyəti ilə məşğul olan səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlərdən, pensiya fondları və digərlərinin gəlirlərindən tutulur.

Mirasa görə vergi ölən şəxsdən miras qaldıqda ödənilir.

Hər hansı bir fərdi şəxsdən hədiyyə qəbulu da mirasdan vergi kimi qəbul edilir.

3% həcmində hesablanan istehlak vergisi demək olar ki, hər bir mal və ya xidmətdən tutulur. Bu dolayısı vergidir, belə ki, malın qiymətinə bağlanır və istehlakçı tərəfindən ödənilir. Torpaq alqı-satqısı, kommunal xidmətlər, məktəbə qəbul və təhsilə görə ödəniş haqqı, həkim yanında profilaktik yoxlama, dəfn və digər bu kimi hallar üçün istehlak vergisi tutulmur.

Dolayısı vergilərin bir neçə xüsusi növləri də vardır. Misal üçün, spirtli içkilərin qiyməti 44% həcmində vergini də özündə ehtiva edir.

Eləcə də otellərdə yaşamaq və ictimai iaşə obyektlərindən istifadəyə görə yerli istehlak vergisi də mövcuddur. Belə ki, əgər bir nəfərin sutka ərzində oteldə yaşamasına görə ödənilən məbləğ 10 min iyenanı (93 ABŞ dolları) və ya əgər hər hansı bir şəxsin restoranda hesaba görə ödədiyi məbləğ 5 min iyenanı ötürsə, bu zaman 3% həcmində vergi ödənilir.

İsti termal su mənbələrində bir günlük istirahətə görə hər bir nəfərdən 150 iyena, qolf oynamaq üçün sahədən bir günlük istifadəyə görə isə 800 iyena vergi tutulur. Onu da qeyd etmək lazımdır ki, bu adi 3% istehlak vergisindən əlavə olaraq tutulan məbləğdir.

Avtomobil sahibi bu ölkədə bir sıra vergilər ödəyir: avtomobil alınarkən 3% istehlak vergisi, benzin vergisi, avtomobilin özünə görə ödənilən vergi və onun çəkisinə görə ödənilən vergilər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *