Yaponiyada sosial təminat xərclərinin maliyyə bazası muzdlu işçilər və sahibkarların üzlük haqlarından (60%), dövlət vəsaitlərindən (20% yaxın), aktiv maliyyə əməliyyatlarının gəlirlərindən (12% çox) və digər mənbələrdən təmin olunur. Bu struktur aktiv maliyyə əməliyyatlarının gəlirlərinin yüksəlişi (pensiya fondunun artırılması hesabına) və dövlət büdcəsindən vəsaitlər payının aşağı düşməsi (xərclər hissəsində sosial təminat xərclərinin payının daimi artması ilə) son onilliklər ərzində demək olar ki, hansısa əhəmiyyətli dəyişikliklərə uğramayıb.
Yaponiya hökumətinin strategiyasına uyğun olaraq təqaüdlərin, tibbi sığortanın, ehtiyacı olanlara qayğı göstərmək üçün uzunmüddətli planın həyata keçirilməsi, gəlir vergisinin tədricən azaldılması və istehlakçılara vergilərin artırılması yolu ilə planlaşdırılır (3% -dən 5% -ə qədər).
Sosial təminat strukturunda ən böyük məbləğlər sosial müavinətlərə ayrılır: bunun 1/3 dövlət büdcəsinin vəsaitləri, 2/3 müxtəlif sığorta pensiya fondları (məsələn, yaşa görə və ya ailə başçısını itərənlər üçün baza pensiya fondu) əsasında təmin edilir. Pensiya fondlarının yaradılmasında Yaponiyanın demək olar ki, 20 yaşından 60 yaşına kimi bütün əhalisi iştirak edir.
Sosial təminat sisteminin ikinci komponenti – sağlamlığın sığortalanmasıdır. Bütün ölkə əhalisini əhatə edən 6 alternativ sistem mövcuddur.
Sistemin üçüncü komponenti – ictimai ümumi yardımlardır ki, bu da öz minimum həyat səviyyəsini təmin edə bilməyənləri əhatə edir.