Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiSual: Yaşayış evinin bacının ərinə bağışlanması zamanı notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

Cavab: Vergi Məcəlləsinin (VM) 13.2.7.7-ci maddəsinə əsasən bacıların ərləri və qardaşların arvadları vergi ödəyicisinin ailə üzvlərinə aid edilmişdir.

Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

Təqvim ili ərzində hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır (VM, maddə 102.1.3.2).

Yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin VM-in 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur (VM, maddə 150.1.9).

Mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (VM, maddə 218.4.3).

Bax: Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

Qeyd olunanlara əsasən:

Mülkiyyətində olan yaşayış sahəsinin vergi ödəyicisi tərəfindən bacısının ərinə bağışlanması ailə üzvləri arasında yaşayış sahəsinin təqdim edilməsi hesab edildiyindən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email