Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi odəyicisiSual: Sualım obyektin icarə verilməsindən əldə olunan gəlirlə bağlıdır. Məsələn: “A” MMC-nin Daşınmaz əmlakı var və o, sadələşdirilmiş vergi ödəyicisidir. “A” MMC obyektini digər sadələşdirilmiş vergi ödəyicisnə “B” MMC icarəyə verir. Bu zaman “A” MMC-nin gəlirləri vergilər məcələsinin 218.5.4 bəndinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Bu zaman 2 sualım yaranır:
1. “A” MMC hər ay “B” MMC-ə aylıq icarə barədə elektron qaimə göndərməlidirmi?
2.”A” MMC hansı bəyannamələri təqdim etməlidir?

Bax: Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

Cavab: 1-ci sualla bağlı. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

“Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə qaydaları” Nazirlər Kabinetinin 2017-ci ilin 14 mart tarixli, 89 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərarın 3.3-cü bəndində göstərilir ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Sizin qeyd etdiyiniz halda Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən gəlir almaq hüququnun yarandığı vaxtdan sonra, müqavilə şərtlərinə riayət etmək şərti ilə elektron-qaimə faktura təqdim edilməlidir.

Bax: Elektron Qaimə Faktura verilərsə Təhvil-Təslim aktına ehtiyac varmı?
2-ci sualla bağlı. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Eyni zamanda Vergi Məcəlləsinin 221.7-ci maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, qanunla nəzərdə tutulmuş qaydada, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Hüquqi şəxs olan vergi ödəyicisinin fəaliyyəti yalnız əmlak icarəsi ilə bağlıdırsa, həmin hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, icarə gəlirlərini və həmin gəlirlərlə bağlı xərclərini göstərməklə mənfəət vergisinin bəyannaməsini təqdim etməlidir.

Bax: İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email