Yeni nəsil kassa aparatları nə vaxt və kimin hesabına qoyulacaq?

posted in: Xəbər | 0
birbank biznes

NKASual: 2019-cu ildən yeni nəsil kassa aparatları tətbiq ediləcək. Bu kassa aparatları Vergilər Nazirliyin hesabına qoyulacaq, yoxsa sahibkarın öz hesabına?

Cavab: 2019-cu ilin yanvar ayından etibarən vergi ödəyiciləri yeni nəsil kassa aparatlarını qeydiyyatdan keçmiş operatorlardan əldə edəcəklər. Operator-yeni nəsil kassa aparatlarının satışı və texniki xidmətlərin göstərilməsi ilə məşğul olan hüquqi şəxsdir.

Həmçinin qeyd etmək istəyirik ki, ödəyicilərin yeni kassa aparatları ilə təmin edilməsi 2019-cu ilin 2-ci rübündən etibarən mərhələli şəkildə həyata keçiriləcək.

Yeni nəsil kassa aparatlarının tətbiqi barədə müvafiq layihə hazır olduqdan sonra bu barədə vergi ödəyicilərinə məlumat veriləcək.

Mənbə: taxes.gov.az


Sifarişçi ödədiyi avansı geri alarsa bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email