Milli arxiv fondu sənədlərinin sığorta fondu yaradılacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Milli Arxiv İdarəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020–2025-i ildə Milli arxiv fondu sənədlərinin sığorta fondunun yaradılmasını təmin etməlidir.
Mənbə: apa.az