18 Oktyabr Belarus mühasiblərin peşə bayramıdır

birbank biznes

Belarusiya mühasiblərOktyabrın 18 Belarusiya mühasiblər peşə bayramlarını qeyd edirlər. Bu ölkədə mühasib günü: həm var, həm də yoxdur…

İlk dəfə Belarus Respublikasında mühasibat uçotu sahəsində çalışan işçilərin peşə bayramının rəsmi olaraq 18 oktyabra təyin olunması ilə bağlı təklif, sahibkarlar və iş adamları Minsk ittifaqı tərəfindən 2010-cu ildə irəli sürülüb. İttifaqın yığıncağında 18 oktyabr tarixinin seçilməsi, təsadüfi olmayıb. Çünki 1994-cü il məhz, oktyabrın 18-də Belarusda “Mühasibat uçotu və hesabatı haqqında” qanun qəbul olunub. Sözügedən yığıncaqda parlamentin deputatlarına “Belarus respublikasında dövlət bayramları və bayram günləri” ilə bağlı fərmanda düzəliş etmək üçün təklif irəli sürülüb. Bundan ötrü isə prezidentin fərman imzalaması lazım idi. Həmin xahiş ərizəsi respublika statistika komitəsi və Maliyyə nazirliyi tərəfindən də bəyənilir, sənədlər Nazirlər Kabinetində ekspertizadan keçirilir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Fərman layihəsi isə o zaman ki, baş nazirin müavini Sergey Sidorski tərəfindən imzalanır və prezident administrasiyasına göndərilir. Hamıya elə gəlirdi ki, bu məsələnin həllinə heç bir maneə qalmayıb. Bəs sonra nə baş verib? Qanun layihəsinin sonrakı taleyi və bayramın təsdiq olunması ilə bağlı xəbər portalları susmağa üstünlük verirlər. Prezidentin 2014-cü ildə imzaladığı bayram günləri ilə bağlı fərmanında təəssüflər olsun ki, Mühasib günü ilə bağlı heç bir şey yazılmayıb. Rəsmi bayram gününün hələ də təsdiq olunmamasına baxmayaraq, mühasiblər Klubu özünün 2010-cu ilin sentyabr ayında keçirilən xüsusi yığıncağında Mühasiblər Gününün məhz, oktyabrın 18-də bayram edilməsi ilə bağlı qərar qəbul edib.

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email