Amortizasiya olunmayan əsas vəsaitlər üçün çəkilən təmir xərcləri gəlirdən çıxıla bilər?
Sual: Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclər gəlirdən çıxılır. 114-cü maddəyə əsasən amortizasiya olunmayan əsas vəsaitlərin alınmasına çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduqda, gəlirdən çıxıla bilər? (əsas vəsaitlər)
115.2-ci maddədə qeyd olunur ki, amortizasiya olunmayan, köhnəlmə hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Gəlirin əldə edilməsi ilə bağlı olan amortizasiya olunmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclər gəlirdən çıxıla bilər?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Gəlirin əldə edilməsi ilə bağlı olub-olmamasından asılı olmayaraq, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin, həmçinin amortizasiya olunmayan, köhnəlmə hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.1-ci, 114-cü, 115-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
166-cı maddədə “debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt” dedikdə nə nəzərdə tutulur?
Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?
Əmtəəsiz əməliyyat nədir?
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
Şirkət əvvəlki illərdə alınmış daşınmaz əmlakını satarkən vergilər necə hesablanmalıdır?
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qadir
salam.bir sualim var.Menfeet beyannamesini yigarken sade bir usul varmi?yaxud bu haqqda izahli genis sekilde praktik bir yazi,meqale varmi?yeni ilin sonunda beyanname yigilarken melumatlari nece yigmaq lazimdi?