Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?

posted in: Xəbər | 0
birbank biznes

xərclər,vergi öhdəlikləri, yeni nəsil NKA, Online kassa aparatları, elektron kassalar e-kassaMarketdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il tarixdə həmin kassa aparatları Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzlənib və köhnə aparatlar qeydiyyatdan çıxarılıb. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlanmaq mümkündürmü?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
  • NKA 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;
  • nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Qeyd olunanlara əsasən, 10 yanvar 2020-ci il tarixdə marketdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email