Bu xidmət fəaliyyəti zamanı NKA qoyulmalıdır yoxsa Mədaxil qəbzi verilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

cərimə, kassa çeki, NKA çekinin verilməsi kassa çekiSual: Özəl kargo və poçt xidməti göstərən şirkət nəzarət kassa aparatı (NKA) qoymalıdırmı? Qoymalıdırsa bu VM-nin hansı maddəsi ilə tənzimlənir? (Mədaxil qəbzi)

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Malliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.8-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
NKA, Mədaxil qəbzi
Print Friendly, PDF & Email