İstənilən problemi həll edə biləcək vahid işçi kollektivin yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.
Adamlar – bu biznesin başlıca hərəkətverici qüvvəsidir. Ona görə, əgər “mühərrikin” qüsursuz işləməsini istəyirsinizsə, onu ən yaxşı hissələrdən yığın. Lakin bütün bunlardan əvvəl gələcək əməkdaşın hansı keyfiyyətlərə və bacarıqlara malik olacağını dəqiq təsvir edin. Vəzifə təlimatlarını düşünüb, yaradın – nümunə kimi bunların bir neçəsini internetdən yükləyin. Sonra isə namizədlərin axtarışına başlayın.