ƏDV-nin əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsi

Əlavə Dəyər VergisiMüəssisə Əlavə Dəyər Vergisi tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?

Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil olunan malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq, tam məbləğdə əvəzləşdirilir.

Misal:
“A” MMC topdan ticarət fəaliyyəti ilə məşğuldur. 2019-cu ilin yanvar ayında 118.000 manat (o cümlədən 18.000 manat ƏDV) dəyərində yuyucu vasitələr, 50.000 manat dəyərində (ƏDV-dən azad edilən əməliyyat) isə Azərbaycan Respublikasında istehsal olunmuş quş əti alınmışdır. Hər iki mala 10 faiz ticarət əlavəsi tətbiq edilməklə yuyucu vasitələr 110.000 manata (ƏDV-siz), quş əti isə 55.000 manata təqdim edilmişdir. Cəmiyyətin dövriyyəsi ümumilikdə 165.000 manat (ƏDV-siz) təşkil etmiş və tərkibi aşağıdakı kimi olmuşdur:

ƏDV-yə cəlb olunan əməliyyat (yuyucu vasitələrin satışı) – 110.000 manat (ƏDV-siz);
ƏDV-dən azad edilmiş əməliyyat (quş ətinin satışı) – 55.000 manat;

Vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi – 66,67 faiz (110.000 / 165.000 x 100%) təşkil etmişdir.

Müəssisənin yanvar ayı üzrə əvəzləşdirilən ƏDV məbləği belə olacaq: alınmış quş ətinin (ƏDV-dən azad olunan əməliyyat) və yuyucu vasitələrin (ƏDV-yə cəlb olunan əməliyyat) ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu halda, ödənilmiş ƏDV tam məbləğdə əvəzləşdirilir, yəni: 18.000 manat (ödənilmiş ƏDV) x 100% = 18.000 manat.

Əsas: Vergi Məcəlləsi, 175.4-cü maddə

Mənbə: vergiler.az

Həmçinin bax: İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *