Qeyri-rezidentə ödənilən məbləğə görə əvvəlcədən ödənilən ƏDV-nin məbləğini əvəzləşdirə bilmərik?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV məbləği, MDSS, Orta aylıq əmək haqqı məbləğiSual: Şirkət il ərzində hər ay qeyri-rezidentə ödəniş edir və bu ödənişdən məsələn deyək ki, təxmini 5000 manat qeyri-rezidentin ƏDV-si öhdəliyi yaranır. Əgər şirkət belə bir öhdəliyinin yaranacağını əvvəlcədən bilərək yanvar ayında qeyri-rezidentin ƏDV-si üçün məsələn 80000 min manat avans ödəyərsə və il ərzində aylar üzrə yaranan qeyri-rezidentin ƏDV-sini həmin avansdan əvəzləşdirə bilərmi?

Cavab: Bildiririk ki, əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Əlavə dəyər vergisinin əvəzləşdirilməsi qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə görə hesablanmış əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənişinin həyata keçirildiyi ayın əlavə dəyər vergisi bəyannaməsində əks etdirilməlidir.

Göründüyü kimi, qeyri-rezidentə ödənilən məbləğə görə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi hesab olunur. Qabaqcadan ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email