Finlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Finlandiya vergi sistemiFinlandiya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)


1-ci hissəni oxumaq üçün bu linkə daxil olun.

Gəlir vergisinin həcmi bilavasitə əməkhaqqı səviyyəsindən asılı olur. Maaşlar nə qədər yüksək olarsa, müvafiq olaraq, vergi də bir o qədər çox olur. Minumum vergi tarifi 6%, maksimum isə 31% təşkil edir. Əgər, Finlandiya vətəndaşının illik əməkhaqqı 16 min avrodan azdırsa, vergi ödəmir. Əgər vətəndaşın və ya bu ölkə qeyri-rezidentinin maaşı 16 min avrodan çox, lakin 24 min avrodan azdırsa, onda ödəyici 6% tarifi ilə vergi ödəyir. Əməkhaqqı 24 min avrodan çox, 39 600 avrodan azdırsa, 17%,  39 600 avrodan çox, 71 300 avrodan azdırsa, 21,4% və maaşlar 71 300 avrodan 100 000 avroyadək olarsa, onda vergi 29,7% tarifi ilə ödənilir.

Finlandiyada istənilən əcnəbi daşınmaz əmlak, yəni mülk ala bilər. Bu zaman mülkiyyət vergisi, həmin əmlakın ümumi dəyərinin 0,30-0,75% təşkil edə bilər ki, onun həcmi də birbaşa əmlakın yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilir.

ƏDV hər ay ödənilir. Bu vergi növünün əsas tarifi 22 faiz təşkil edir. Ərzaq məhsullarından 17%, nəqliyyat sisteminin inkişaf etdirilməsi, nəşriyyata məhsullarının alınması, KİV-lər və s. üçün isə bu vergi 8% təşkil edir. Bütün ödənişlər əməkhaqqından tutulur.

Sosial fondlara ödənişlər.

Sosial fondlara bu təşkilatlar aiddir:

  • Əhalinin sosial sığortası. Verginin həcmi 2 faiz təşkil edir.
  • Məşğulluq və işsizlik xidməti. Bu ödənişin məbləği 0,60% təşkil edir.
  • Tibbi sığorta və xidmət.
  • Pensiya sığortası.

Bu son iki ödəniş isə 5,15% təşkil edir.

Bax: Braziliya vergi sistemi barədə bilmədiklərimiz

Bütün sivil ölkələrdə olduğu kimi, Finlandiyada da mirasa görə vergi növü mövcuddur. Bu vergi növünün həcmi birbaşa qohumluq dərəcəsindən və  mirasın dəyərindən asılı olur. Belə ki, yaxın qohumlar 7 faizdən 13 faizə kimi vergi ödəyirlər.

Uzaq qohumlar isə 7 faizdən, 30% kimi vergi ödəməli olurlar. Belə ki, vərəsələr valideynlər, nəvələr, uşaqlar, ər və ya arvaddırsa, onda mirasa görə 10% tarifi ilə vergi ödənilir. Burada bir məqama da diqqət yetirmək lazımdır, çünki miras məbləği 40 mini aşmamalıdır. Məbləğ həmin rəqəmi ötərsə, onda faiz tarifi də yüksəlir. Əgər, məbləğ 40 min avronu ötərsə və 60 min avrodan az olarsa, vergi 13% tarifi ilə ödənilir. Mirasın dəyəri 60 min avronu ötdükdə isə vergi 16% tarifi ilə ödınilir. Uzaq qohumlar üçün isə məbləğ 60 mini ötdükdə vergi tarifi avtomatik olaraq ikiqat hesablanır.

Finlandiya qüsursuz vergi sisteminə malikdir. Amma, bir çoxları razılaşar ki, ən yüksək vergilər məhz, bu ölkədə mövcuddur. Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergiləərə ödəyir. Əcnəbi vətəndaşlar üçün isə bu 35-40% təşkil edir. Finlandiyada bütün vətəndaşlar maaşı vergilər çıxıldıqdan sonra təmiz şəkildə əllərinə alırlar. Öz muzdlu işçisinin əməkhaqqından ödənilən bütün vergiləri vaxtında büdcəyə ödənilməsini təmin etmək işəgötürənin borcudur.

Həmçinin bax: İsveçrə vergi sistemi barədə bilmədiklərimiz


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email