Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?

birbank biznes

icarə müqaviləsiSual: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xidmət göstərdiyi obyekt şəxsin özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidirmi? Ümumiyyətlə Sahibkarlıq fəaliyyəti göstərən (bura topdan və pərakəndə satış göstərən hər bir şəxs aid edilir) istər hüquqi, istərsə də fiziki şəxs icarəyə obyekt götürməlidir? Suallarda göstərilənlərə əməl edilmədikdə hansı cərimələr tətbiq edilə bilər? (Maddələr göstərilməklə)

Bax: Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

Cavab: Bildiririk ki, icarə müqaviləsi başqa şəxsin mülkiyyətində olan əmlakdan istifadə ilə əlaqədar bağlanan müqavilə formasıdır. Belə ki, Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Eyni zamanda sorğunuzdan obyektin Sizin mülkiyyətinizdə olduğu qənaətinə gələrək bildiririk ki, qeyd edilən halda icarə müqaviləsinin bağlanılması tələb edilmir və bununla əlaqədar qanunvericilikdə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Bax: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Bax: Mülki Məcəllənin 34-cü fəsli.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email