Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hüquqi şəxsin ləğvetməsi Sual: Hüquqi şəxs ləğvetmə prosesindədir. Məcəllədə ancaq mənfəət, gəlir və sadələşdirilmiş vergilər üzrə aydın yazılıb ki, neçə gün ərzində ləğvetmə bəyannamələr vergi orqanına təqdim etməlidir. Lakin digər vergilər üzrə belə məlumat məcəllədə qeyd olunmayıb. 195 Çağrı Mərkəzi ilə əlaqə saxlanıldı və bizə məlumat verildi ki, nazirliyin daxili təlimatı mövcuddur və həmin təlimata əsasən ləğvetmə bəyannamələr 30 gün ərzində təqdim olunmalıdır. Lakin həmin təlimat internetdə yoxdur. Deməli, belə qənaətə gəlmək olar ki, 1 milyon vergi ödəyicisi bu məlumatı əldə etmək üçün 195 Çağrı Mərkəzinə zəng etməlidir?

Bax: Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu

Cavab: Bildiririk ki, hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməsi barədə müddəa Vergi Məcəlləsinin 177.2-ci maddəsində, aksiz bəyannaməsinə münasibətdə analoji müddəa Vergi Məcəlləsinin 192.1-ci maddəsində öz əksini tapmışdır.

Sual: Bundan başqa, Vergi Məcəlləsinin 201.5-ci maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Bax: Xarici hüquqi şəxsin ölkəmizdəki filialının xərclərinin qarşılanması vergitutma obyektidir?

Vergilər Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatı”nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”na əsasən vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına təqdim edilməlidir. Eyni zamanda, göstərilən dövrdə vergi ödəyicisinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə müvafiq yekun bəyannamələr Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdığı tarixdən və yaxud ləğv edilmə haqqında qərarda göstərilən ləğv olunma tarixindən (qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərinin leqallaşdırdığı tarixdən) 30 gün müddətində (sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilməlidir. Yekun mənfəət və ya gəlir vergisi bəyannaməsinin hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətinin dayandırıldığı günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ödəyicinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə yekun bəyannamələri isə Vergi Məcəlləsində müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az

Bax: Təsisçiyə borc qaytarıldıqda necə rəsmiləşdirilir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email