İcarəyə götürülmüş avtomobilə amortizasiya hesablana bilər?

posted in: Xəbər | 0

amortizasiyaSual: 100.000 manatlıq avtomobil 10.000 manata 5 illiyə icarəyə götürülmüşdür, İcarəyə götürən şirkət buna amortizasiya hesablaya bilər? İcarəyə götürən avtomobil balansda əks olunmalıdır?

Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq vergitutma məqsədləri üçün amortizasiyanın hesablanması yalnız vergi ödəyicisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada uçota alınmış əsas vəsaitərə münasibətdə aparılır.

Bax: Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?

Bu baxımdan da icarəyə götürən şəxs avtonəqliyyat vasitəsini bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq uçota aldıqda amortizasıya ayırmalarını hesablayaraq gəlirdən çıxa bilər.

İkinci sualınızla əlaqədar bildiririk ki, icarəyə verilən əmlak tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq istər icarəyə verənin, istərsə də icarəyə götürənin balansında uçota alına bilər.

Əsas vəsaitlərin uçotu ilə bağlı geniş və dolğun məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: İcarə müqaviləsi əvəzsiz bağlanarsa hansı vergi öhdəlikləri yaranır?

Bax: Vergi Məcəlləsinin 114-cü maddəsi, “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *