İqtisadçı – Menecer peşəsi

menecerHətta öz karyerasının ilk pilləsində belə o, idarəçidir. Təşkilatçılıq, planlaşdırma, nəzarət – bunlar menecer peşəsinin üç başlıca vəzifəsi hesab olunur.

O, həm də iqtisadçı olduğundan, texniki biliklər bazası olmadan keçinə bilməz. O səbəbdən iqtisadi istiqamətli menecerlər ali məktəblərdə hər şeyi: mühasibat uçotu və təhlillərdən tutmuş, müəssisə və personalın müasir idarəetməsinə qədər hər şeyi öyrənirlər.

Həmçinin bax: İqtisadçı – Mühasib peşəsi

Onlar strateji qərarlar qəbul etmək bacarıqlarını işləyib hazırlayır, biznes-plan tərtib edirlər.

Mühəndislər və mühasiblər məhz, idarəedicilərə işləyirlər.

Menecer profil qanunvericiliyi sahəsində yaxşı bilikli olmalıdır, bazarın dəyişkən nəbzini diqqətdən qaçırmamalıdır, müxtəlif  biliklərə, ünsiyyət bacarıqlarına malik olmalı və risk etməyə hazırlıqlı olmalıdır. Xarici dil bilməsi də arzuolunandır.

Xaricdə uğurlu təcrübə və ya təhsil alma birbaşa iqtisadçı-menecerin gəlirlərinin həcmində özünü göstərir.

Bu peşə yüksək ödənişli peşələr sırasına daxildir.

Bu peşə erudisiya, praktiklik, mahirlik, karyera pillələrində irəliləmək üçün dözümlülük və inadkarlıq tələb edir.

Həmçinin bax: İqtisadçı peşəsi – Tarixi və təsviri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *