fbpx

Hansı ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb edilmir?

posted in: Xəbər | 0
birbank biznes

Malların idxalı, ƏDV, EDV,2020-ci il üçün Əmək Haqqı Cədvəli, təmir xərcləri, gəlir vergisi, Baş Mühasib VakansiyaSual: Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı (xəstəlik vərəqəsinə əsasən) sığortaedənin vəsaiti hesabına ödənilən müavinətdən 0,5% işsizlikdən sığorta haqqı tutulurmu? Suala “bəli” və ya “xeyr” olaraq dəqiq cavab verməyinizi xahiş edirəm. Əgər tutulursa hansı maddəyə və ya tutulmursa hansı maddəyə və qanunvericiliyə əsaslanmalıyıq? (ödənişlər)

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
ödənişlər, işsizlikdən sığorta
Print Friendly, PDF & Email
error: Content is protected !!