“Tüfeyliliyə görə vergi” yaşlı kişinin intiharına səbəb oldu

posted in: Vergi, Xəbər | 0

Tüfeyliliyə görə vergiQeyd edək ki, Belarusda bir neçə ildir ki, tüfeyliliyə görə, yəni, işləməyənlərdən ötrü vergi (Tüfeyliliyə görə vergi) tətbiq olunub. İşləməyənlər və ya belə də demək olar, iş yeri tapa bilməyənlər hər il buna görə vergi ödəməlidirlər. Bu, absurd verginin tətbiqi artıq intiharlara yol açır. İndi isə bu səbəbdən intihar etmiş bir şəxs barəsində saytlardan birində dərc olunmuş yazının tərcüməsini diqqətinizə çatdırırıq.

KİV-lərin məlumatına görə hadisə 2016-cı ilin oktyabr ayında baş verib. Oktyabrın 3-də 60 yaşlı Ayvar Yaskeviç “tüfeyliliyə” görə 360 rubl dəyərində vergi ödəyib, oktyabrın 6-da isə özünü yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilindən ataraq intihar edib…

Bax: İtaliyada absurd vergilər

“Tüfeyliliyə görə” ödədiyi vergi qəbzini isə stolun üzərində qoyub. Orada belə bir qeyd də yazılıbmış: “Mən heç vaxt tüfeyli, zalım və quldur olmamışam, bütün həyatım boyu şərəflə işləmişəm”. Həyat yoldaşı Qalina deyir ki, ərinin yazdığı bu sözlər ona hər şeydən çox təsir edib.

Qalina bildirir ki, Ayvar çox şən və pozitiv bir insan olub. Onun 34 il iş stajı olub. Pensiya yaşına çatmazdan az əvvəl karton-ruberoid zavodundan işdən çıxıb. Həmin zavodda o, düz 30 il çalışıb.

“Onun müdiriyyətlə münasibətləri elə də yaxşı deyildi. Çox qürurlu şəxs idi, bu səbəbdən öz ərizəsi ilə işdən çıxıb. Biz onun yenidən işə düzəlməsini istəyirdik. Lakin, pensiya yaşına bir il qaldığına görə onu heç yerdə işə qəbul etmirdilər. Bir ay qazanxanada operator kimi işləyə bildi”.

2016-ci ilin aprel ayında Ayvarın 60 yaşı tamam oldu və pensiyaya çıxdı. Payızda isə dövlətin onu “tüfeyli” hesab etməsilə bağlı bildiriş aldı.

“O, sənədləri topladı – pensiya vəsiqəsini, əmək kitabçasını topladı və söylədi ki, vergi idarəsinə gedib sənədləri onlara göstərəcəm”.

Qalina ərinin həyatda olduğu son ayları xatırlayır. – İşdən gəlib soruşdum: “Ayvar, vergi idarəsinə getmişdin?” Söylədi ki, gedib, ödəniş etməyib, “məgər mən tüfeyliyəm ki, ödəniş də edim”, – deyə cavab verdi. Bu cür söyləməklə, sən demə, o, öz-özünü sakitləşdirirmiş.

Qadın söyləyir ki, Ayvar ümumilikdə depressiyaya düşmüşdü. Sözügedən hal ona çox pis təsir bağışlamışdı.

“Həyatda olduğu son gün məni işə yola salanda soruşdu ki, nə vaxt qayıdacaqsan. Mənim heç ağlıma da gəlməzdi ki, bizi belə bir faciəvi sonluq gözləyir. Bu qəbz, həmin vergi onu bu addıma təhrik etdi. Yenə də mən evdə olsaydım, bu cür hadisə baş verməzdi, onu bu addımdan daşındıra bilərdim”.

Beləliklə, sözügedən absurd vergi ikinci belorusun öz canına qıyması üçün əsas rolunu oynayıb. Bundan əvvəl Roqaçevdə eyni hadisə yaşanmışdı. Beləliklə, “risk zonasına” ahıl adamlar düşürlər: illərlə işləmiş, zəhmət çəkmiş insanlar, birdən-birə tüfeyli adlandırılmalarına dözə bilmirlər. Çünki, sağlamlıqları qazanc dalınca harasa getmələrinə mane olur və onlar özünə qəsd etməyi yeganə çıxış yolu kimi görürlər.

Bax: Vergilər Nazirliyinin əməkdaşı iş başında vəfat edib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *