Kadr uçotunun təşkili barədə bilmədiklərimiz

KadrHələ sovetlər dönəmində “hər şeyi kadrlar həll edir” məşhur bir deyim var idi. Zənn edirik ki, həmin ifadə heç də boşuna deyilməyib. Həqiqətən kadr siyasəti, kadr uçotu çox önəm daşıyır.

İstənilən müəssisənin kadrları onun başlıca dəyəri və əsas resursu hesab olunur. Ona görə də kadr uçotunun savadlı təşkili prosesi – işlərin əhəmiyyətli tərkib hissəsidir, hansı ki, səlahiyyətlilik və fəaliyyətdə olan qanunvericiliklə bağlı dərin biliklər tələb edir.

Kadrlar şöbəsinə əməkdaşların düzgün seçimi səhvlərin sıfra endirilməsinə və bütün kollektivin hüquqların qorunmasına zəmanət verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kadr uçotunun aparılmasının xüsusiyyətləri və işəgötürənlərin əsas səhvləri barədə.

Kadr uçotu anlayışı.

Kadr uçotu – bu, işəgötürənlə işçilər arasında əmək münasibətlərinin reqlamentləşdirilməsi ilə əlaqəli kompleks prosesseslər və tədbirlərdir. Sözügedən mexanizm ştat sayından və təşkilati-hüququ formadan asılı olmayaraq, istənilən müəssisədə mütləq şəkildə mövcud olur.

Ümumiləşdirilmiş şəkildə kadr uçotu özündə aşağıdakı tədbirləri ehtiva edir:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • hesablama və əməkhaqqı, mükafatlar və digər ödənişlərin hesablanması;
  • ştat cədvəlinin tərtibi, tabel və iş vaxtının uçotu;
  • xəstəlik vərəqələrinin, ərizələrin və tələb olunan yerə arayışların hazırlanması;
  • vergi orqanlarına müntəzəm olaraq hesabatların verilməsi;
  • məzuniyyətlərlə bağlı qrafikin tərtibi və ona nəzarət;
  • kadrlarla bağlı əmrlərin hazırlanması;
  • yeni əməkdaşların işə qəbulu ilə əlaqəli müvafiq sənədlərin aparılması;
  • işçilərin attestasiyası və qiymətləndirilməsi üzrə işlər;
  • şirkət əməkdaşlarının şəxsi məlumatlarının yayılmaması qaydalarına əməl edilməsi.
Həmçinin bax: İstehsalın uçotu

Əmək qanunvericiliyinə müvafiq olaraq hər bir təşkilat aşağıdakı sənədlərə malik olmalıdır:

  • Əmək kitabçaları Kitabının hərəkəti.
  • Ştat cədvəli.
  • İşçilərin şəxsi kartoçkaları.
  • Bağlanmış əmək müqavilələri və onlara əlavə olunmuş sazişlər.
  • Məzuniyyət qrafiki.
  • İşçilərin fərdi (şəxsi) məlumatlarının qorunması və işlənməsi qaydası haqqında Əsasnamə.
  • Əməkdaşlarla bağlı əmrlər və ərizələr (işə qəbul, işdən çıxma, məzuniyyətlər və başq).
  • Əmək intizamı qaydaları (təşkilat daxilində).
  • Bütün işçilərin əmək kitabçaları.
Həmçinin oxu: Uçot siyasətinin formalaşdırılması

Kadr uçotu aparılmasının təşkili

Təşkilatlarda kadr uçotu aparılmasının ən geniş yayılan üsulları bunlardır:

  • Kadrlar şöbəsinin yaradılması və ya kadrlar üzrə mütəxəssislərin (HR-menecerlər) işə qəbulu.
  • İnsan resurslarının idarə edilməsi metodunun əsas üstünlüyü təşkilatın prinsiplərinə və tələblərinə uyğun olaraq təşkil edilməsinin mümkünlüyüdür, belədə  işçi birbaşa şirkətdə çalışır.
  • Kadr uçotu aparılması üzrə öhdəliyin katibəyə və ya mühasibin üzərinə qoyulması.

Böhran şəraitində və qənaət etmək zərurəti yarandıqda, çox vaxt bir əməkdaşın  həm katib, həm mühasib, həm kadrlar üzrə mütəxəssis və hətta hüquqşünas vəzifələrini eyni zamanda aparması vəziyyətilə qarşılaşırsan. Belə bir işçi bir qayda olaraq hansısa sahədə ixtisaslaşır və digər sahələr üzrə səriştəli sayıla bilməz.

Bu isə öz növbəsində mümkün səhvlərə gətirib çıxara bilər ki, əlavə zaman və maddi itkilərə səbəb ola bilər.

Kadr uçotu funksiyasının autsorsinq şirkətlərinə verilməsi.

Təşkilati işlər, kadrların idarə olunması, onların təhsli və seçiminin aparılması bu sahədə öz işinin bilicisi olan kənar autsorsinq şirkətlərinə verilməsi daha yaxşı yoldur. Bazarda bir çox peşəkar əməkdaşlar və təşkilatlar çalışır ki, onlarla kadr uçotunun aparılması ilə bağlı müqavilə bağlana bilər. Yuxarıda sadalanan hər bir variantın öz müsbətləri və mənfiləri var. Kadr uçotunu kim aparacaq və onunla bilavasitə kim məşğul olacaq, bax, bunu personalın sayı, onun dövriyyəsi və daxili siyasətinə nəzərən, təşkilatın rəhbərliyi müəyyən edir.

Həmçinin oxu: “Mühasibat uçotu” termininin müəyyən edilməsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *