Pul kisənizə zərər vuran maliyyə vərdişləri

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

MilyonçuEkspertlər hesab edirlər ki, maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün sadəcə pulların uçotunu aparmaq və rifahınızı möhkəmləndirməyə mane olan bəzi vərdişlərdəm tam şəkildə qurtulmaq çox zəruridir. Beləliklə, milyonçu olmaq yolunda maneələr yaradan vərdişlər hansılardır?

1№li. Şəxsi maliyyə uçotunun aparılmaması və pulların düşünülmədən xərclənməsi.

Bu vərdiş gəlir çatışmazlığından şikayət edən bir çox insana xasdır. Bu halda hansısa yolla pul əldə edən adam, planlaşdırmaya və öz prioritetlərini müəyyənləşdirməyə diqqət ayırmaq əvəzinə, adamlar dərhal onu xərcləməyə başlayır. Nəticədə vəsaitlər tez qurtarır, bir sıra vacib məsələlər həll olunmamış qalır. Mütəxəssislər maliyyə firavanlığının gəlirlərin səviyyəsindən deyil, şəxsi pulların savadlı şəkildə idarə olunmasından asılı olduğunu unutmamağı tövsiyə edirlər.

Həmçinin bax: Maaş barədə bilmədiklərimiz

 2№li. Borca pul götürmək

Bu vərdiş birinci ilə sıx bağlıdır. Təbii ki, bütün vəsaitləri xərcləyib və aktual problemləri həll etməyən adamlar, vəziyyətdən çıxış yolu axtarırlar və tapırlar – tanışlardan, qohumlardan, həmkarlardan borca pul alırlar. Amma, öz maliyyəsini idarə etməyi öyrənməyən insanlar üçün borcların qaytarılması ilə bağlı problemlərlə üzləşirlər. O səbəbdən, tanışlar, qohumlar və iş yoldaşları çox vaxt həmin şəxslərə bir daha borc vermək istəmirlər. Belə vəziyyətdə həmin insanlar son addıma əl atırlar – kredit təşkilatlarına müraciət edirlər, hansı ki, zaminsiz və gəlirlər barədə arayışsız kömək etməyə hazır olurlar. Sanki hər şey öz yolunda gedir, amma əslində belə deyil, çünki təşkilat sizdən xeyli miqdarda komissiya haqqı və öz ximətinə görə faizlər tutur. Nəticədə qısa müddət üçün maliyyə ilə bağlı hər şeyin qaydasında olması ilə bağlı görüntü yaranır, amma, bir ay ötən kimi həm borcun müəyyən hissəsinin, həm də faizin ödənilməsi reallığı qarşıya çıxır.

3№li. Geriyə pul atmamaq.

Əgər bundan əvvəlki iki vərdişdən kənar bir şəxs olsanız belə, bu hələ sizin maliyyə həyatınızda hər şeyin qaydasında olduğu demək deyil. İndiki zamanda stabil gəlirin olması – sonrakı firavanlığa zəmanət vermir. Hər bir şəxsi və ya ailə büdcəsi hansısa ehtiyata malik olmalıdır, hansı ki, investisiyaya və ya iri bazarlığa xərclənə bilər. Əgər, belə bir pul ehtiyatınız yoxdursa, onda istənilən fors-major vəziyyəti sizi dayanıqlıqdan çıxara və bayaq yuxarıda yazılan məntəqələrə müraciət etmənizə gətirib çıxara bilər.

Həmçinin bax: Sən niyə heç vaxt varlıq olmayacaqsan?!

4№li. Spontan (qəfil) bazarlıqlar

Qəfil, elə “ayaqüstü”  bazarlıqlar çox vaxt lazımsız pul məsrəfinə gətirib çıxarır. Təcrübəli satıcılar sizi çox asanlıqla hər hansı bir malı, məhsulu və ya şeyi almağa sövq edə bilər ki, bu da sizin rahatlığınızı poza bilər. Özü də aldığınız şey qonşu mağazada buradakından xeyli ucuz başa gələ bilər. Yadda saxlamaq lazımdır ki, bütün bazarlıqlar mütləq şəkildə öz maliyyənizdən və təlabatlarınızdan çıxış etməklə hazırlanan plana uyğun aparılmalıdır.

 5№li. Sənədləri oxumadan imzalamaq.

Bizim zəmanədə adamların kreditlə hər hansı bir əşyanın, cihazın alınması zamanı müqavilənin bütün bölmələri ilə tanış olmadan, onu oxumadan imzalamaq adi şeyə çevrilib. Nəticədə, ortaya çıxan mübahisəli məsələlər zamanı kredit götürən özünün haqlı olduğunu sübut etməkdə çətinlik çəkir, çünki müqavilədə bir çox məqamlar nəzərdə tutulub. Oxumadan onu imzalayan şəxsin həmin müqavilə ilə razılaşdığı artıq bir fakta çevrilib.

6№li. Satıcının təklifindən imtina etməyi bacarmamaq.

Sizi nələrisə almağa razı salmaq istəyən satıcıya “yox” deməyi bacarmamaq, sizin pul kisənizi əhəmiyyətli şəkildə boşalda bilər. Mağazaya daxil olduqda, bura nə üçün gəldiyinizi unutmayın və satıcının sizi harasa yönləndirməsinə imkan verməyin. Mal seçimində əsasən onun xarakteristikasına güvənin, satıcının həmin şeyin hansısa şübhəli üstünlükləri barədə fərasətli sözlərinə yox. Əgər, istəyinizə uyğun nəsə tapmadıqda və ya sözügedən mal sizi qane etmədikdə, satıcıya “yox”  deməkdən çəkinməyin, bu sizin büdcənizi  lazımsız məsrəfdən qoruyacaq.

Həmçinin bax: Dünyanın ən bahalı valyutaları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.        

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *