fbpx

Mühasib peşəsinin ilk nümayəndələri (3-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

                              Mühasib peşəsinin ilk nümayəndələri (3-cü hissə)(Mühasib peşəsi)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun

Qədim Yunanıstan

Hesab edilir ki, Qədim Yunanıstanda sikkə şəklində ilk pullar e.ə. VII əsrin sonlarında meydana çıxıb. Y.V. Sokolovun fikrincə, bu şərait uçot tarixinə əhəmiyyətli təkanı simvolizə edir: “Pullar öncə sərbəst uçot obyekti kimi çıxış etməyə başlayıb, sonra isə hesablaşmalar üçün vasitə kimi və nəhayət onlardan bütün inventarların dəyər ölçüsü kimi istifadə olunmağa başlanıb”.

Mühasibat peşəsinin tədrisi olmayıb: T.N. Malkova belə deyir: “Hesablamanı adi məktəblərdə öyrədirdilər. Xüsusi olaraq isə “mühasibat” kadrları hazırlamırdılar”. Uçot kənar şəxslər cəlb edilmədən, kommersantlar və bank işçiləri tərəfindən aparılırdı: göründüyü kimi, qədim yunan cəmiyyətində mühasib peşəsinə yer yox idi; uçot sahibkarlar, bank işçiləri, məmurlar tərəfindən həyata keçirilirdi – lakin, onlardan heç biri mühasib deyildi.

Qədim romalı

Y.V. Sokolavanın sözlərinə görə, e.ə. VI əsrə kimi Qədim Romada uçot “çox pis aparılırdı”: yalnız idarəetmədə mövcud idi və vəziyyət yalnız çar Serviya Tullinin islahatlarından sonra dəyişdi. Tit Liviyanın söylədiyi kimi “bu ən mühüm işlərdən biri idi”. O, “böyük imperiyanın gələcəyi üçün mühüm rol oynayan senz tətbiq etdi və bununla da hərb və sülh dövrlərində bu təkcə adambaşına düşən gəlirə görə deyil, həm də hər bir şəxsin mülkiyyət vəziyyətinə müvafiq müəyyən edilirdi…

Tuliya həmçinin dərəcələr və senturiyalar təsis etdi, bu senzin qaydalarını müəyyən etdi”. Qəbilə münasibətləri faktiki olaraq mülkiyyət fərqliliyinə və ərazi bölünməsinə müvafiq yeni sosial-siyasi quruluşla əvəz edildi. Mülkiyyət vəziyyəti birbaşa ictimai vəziyyətdən asılı hala salındı: insanın nə qədər çox sərvəti var idisə, onun “dərəcəsi” də bir o qədər yüksək olurdu. Əsasən, səs hüququ birbaşa dərəcəldən asılı idi: “səs verməyə birinci süvarilər, sonra birinci dərəcədən olan səksən piyada senturiyası dəvət olunurdu; çox nadir hallarda fikirlər fərqlənirdi ki, bu zaman ikinci dərəcədən olan senturiləri dəvət edirdilər; amma, ən aşağı dərəcəyə heç vaxt növbə çatmırdı”. Mülkiyyət vəziyyətini isə “ev kitablarından” tərtib olunmuş yalnız uçot qeydlərinin köməyilə müəyyən etmək olardı.  Öz mülkiyyət dərəcəsini yüksəltməyə can atan vətəndaşların marağında idi ki, “ev kitablarını” səliqəli aparsınlar.

Dövlət uçot sistemi də geniş inkişaf etməyə başladı: Sokolovun söylədiyinə görə imperator Adrianın (e.ə. 117-138-ci illər) hakimiyyəti zamanında “başda imperator şurası və ona tabe olan təsərrüfatın ayrı-ayrı sahələri üzrə departamentlər şəbəkəsindən ibarət güclü mərkələşdirilmiş aparat yaradıldı. Dövlət idarəçiliyi sistemində ilk yerlərdən biri maliyyə departamentinə məxsus idi, orada çoxlu sayda hesabdarlar, mirzələr, kassirlər çalışırdı”. Diqqətəlayiqdir ki, bizə tanış olan mirzə vəzifəsi ilə yanaşı, hesabdar vəzifəsi də meydana çıxmışdı. Onlar “kassa və arxivdən ibarət erariya işləri ilə məşğul olur, eləcə də dövlət hesablama kitablarını aparırdılar… Erariya ilə faktiki olaraq bu, daimi hesabdarlıq işçiləri məşğul olurdular”.

Bu cür işçilərin hazırlanması üçün Ateneydə (e.ə. 135-ci il) ali məktəb təsis olunmuşdu. Bundan əlavə, o da məlumdur ki, dövlət xidmətində olan hesabdarlar 100 mindən 600 min sestersi maaş alırdılar. Müqayisə üçün: legioner il ərzində 1200 sestersi əməkhaqqı alırdı, ildə 20 min sestersi məvacib isə yaxşı yaşamağa imkan verirdi. Sokolovun dediyinə görə, hesabdar vəzifəsini həm azadlığa buraxılanlar, həm də cəmiyyətin ali təbəqəsindən olan adamlar tuta bilərdilər.

Qədim Romada hətta hesabdarların peşəkar təşkilatı olan – dekurilər də mövcud idi. Göründüyü kimi, qədim romalı hesabdarlar demək olar ki, müasir mühasib peşəsindən fərqlənmirdilər. Böyük əminliklə onu ilk, əsl mühasib adlandırmaq olar. Beləliklə, müsabiqənin qalibi məlum oldu. Amma, yerdə qalan namizədlərə də diqqət yetirək, şübhəsiz ki, onlar da etimada layiqdirlər.


4-cü hissəni oxumaq üçün keçidə daxil olun.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib peşəsi, mühasib peşəsi
Print Friendly, PDF & Email
error: Content is protected !!