fbpx

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (21-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu ilə bağlı ifadələr (21-ci hissə)

20-сi hissəni oxumaq üçün keçidə daxil olun

vakansiya, Mühasib təcrübəçi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, müasir texnologiyalar,Uçota məntiqi-riyazi formalaşma tətbiq olunması üç modelin – vahid formal-aksiomatik modelin tərkib hissələrinin işlənib hazırlanmasına gətirib çıxarır: ilkin və nəticəli uçot informasiyası modelləri, həmçinin aksiomatik strukturlu modellər.

R.S. Raşitov
Tarixən bizim dövrümüzdə yaranmış mühasibat uçotu sistemi müəssisənin təsərrüfat fəaliyyətini modelləşdirir, onun maliyyə resurslarının vəziyyətini və hərəkətini əks etdirir. Bu, iqtisadi hadisələrin, proseslərin son dərəcə vacib, lakin qüsursuz şəkildə əks olunmasıdır.
L.F. Zverençuk, L.S. Zernov

Hesabdarlıq metodu kimi hesabların, balansın sistemi şəklində çıxış edən modelləşdirməni qəbul etmək lazımdır. Hesabların planı – bu, təsərrüfat fəaliyyətinin dinamik modelidir. Bütün analitik sərvəti özündə, məhz, o daşıyır. Balans statik bir modeldir. Bu, təsərrüfat fəaliyyətinin müvəqqəti kəsilməsidir.

Y.V. Sokolov

Modelləşdirmə uçotda xüsusi rol oynayır, bir çox funksiyaları yerinə yetirir və birliyin, ilk növbədə metodoloji birliyin möhkəmləndirilməsində effektiv vasitə kimi xidmət edir.

A.A. Şapoşnikov

Model səviyyəsində müxtəlif uçot sistemlərinin xassələrinin tədqiqi, analitik və nəzarət təsiri baxımından onların müqayisə edilməsi imkanları əhəmiyyətli dərəcədə sadələşdirilir.

R.S. Raşitov
Mühasibat uçotu təsərrüfat fəaliyyətinin modelidir. Hansı ki, təkcə təsərrüfat fəaliyyətini əks etdirmir, həm də ona təsir edən bir modeldir.
A.Yaruqova

Mühasibat modelinin təsvirinin dəyəri və faydalılığı həm də modelin müxtəlif nəzəriyyələr və sistemlər arasında birliyi və fərqinin araşdırılmasına imkan verdiyini ifadə edir. Beləliklə, bir sıra tanınmış uçot nəzəriyyələrinin əsasında eyni modellər ola bilər. Bu nəzəriyyələrin bir-birindən fərqi yalnız interpretasiyanın xarakteri, xüsusilə hesabların xüsusi nomenklaturasının seçilməsi və təsnifləşdirilməsi ilə bağlı ola bilər.

R.S. Raşitov

Modelləşdirmə riyazi metodlardan geniş istifadəni nəzərdə tutur ki, bu da öz növbəsində riyazi aparatın seçilməsi məsələsini qaldırır.

Y.V. Sokolov

Model uçot işçilərinə kompüterləşdirmə şəraitində optiml model qurmağa kömək edir.

K.N. Naribayev

22-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



Print Friendly, PDF & Email
error: Content is protected !!