fbpx

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (22-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotu ilə bağlı ifadələr (22-ci hissə)

21-сi hissəni oxumaq üçün keçidə daxil olun

mühasibat uçotu,Tələb olunan obyektə hüquqi dildə məqsədli şəkildə neytral və çox genişlənən bir ad-təqdimat verilmişdir. Lakin, aldanmaq lazım deyil. Bu müddəa elə iqtisadi ifadəyə malik olan əmlakdır.

R. Savatye

“Əmlak” dedikdə, bu sahibinin və ya müəssisənin mülkiyyətini təşkil edən nemətlərin məbləği başa düşülür.

A.Slavinskiy

Dövlətlərin, ayrı – ayrı şəxslərin və bütöv xalqın-millətin mülkiyyətini təşkil edən maddi nemətlərin məbləği əmlak adlanır.

İ.P. Babenko

Müəssisənin əmlakı – bu, onun sahib olduğu şeylərdir: müəssisənin müstəqil balansına əks etdirilən və pul şəklində ifadə edilən əsas kapital və dövriyyə kapitalıdır.

T.V. Morozova

İnventar gəlirin yaradılmasına onların ümumi təsiri baxımından əmlakın tərkib hissələri arasında paralellik yaratmağa imkan verir və onların hər bir müəssisədə fəaliyyət göstərdiyi daimi və dövriyyə kapitalı arasında ədədi münasibəti göstərir.

D.Malyone

İnventar – bu, hər bir təsərrüfat müəssisəsinin təməl daşı, mənbəyi və son nöqtəsidir.

İ.F. Şer

Hələ Parisdə Hesabdarların Konqresində belə bir qətnamə çıxarılmışdı ki, hesabdarlıq ali kulminasiya elmi dərəcəsinə yalnız fasiləsiz inventar verdiyi zaman çatacaq.

K.V. Klaus

Əmlakın tərkibinə yalnız tanınmış şəxsin pulla qiymətləndirilməli olan hüquqi münasibətləri (hüquq və vəzifələri) aiddir.

N.S. Arinuşkin

Hesablama predmeti, deməli nəticə etibarilə, hesabdarlığın predmeti, insanların istehlak etdiyi və ölçülə bilən hər şey ola bilər.

P. Svetayev

23-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



Print Friendly, PDF & Email
error: Content is protected !!