Mühasibat uçotu – bu elmdirmi? (1-ci hissə)

birbank biznes

Mühasibat uçotuÖz işlərini elm hesab edən mühasiblərin sayı çox azdır. Baxmayaraq ki, əslində mühasibat uçotu filosoflar tərəfindən işlənib hazırlanmış elmin bütün kriteriyalarına cavab verir. Mühasibat uçotunun niyə elm hesab olunmasına haqqı çatdığını Rusiya Maliyyə nazirliyi yanında mühasibat uçotu üzrə Metodoloji şuranın professoru Y.V.Sokolov izah edir.

Qocalar necə cavab veriblər

Qocalar çoxdur. Mən onlardan birinin, yalnız müəllimim professor N.S. Pomazkovun (1889-1968) cavabını nümunə gətirəcəyəm. Mühazirələr zamanı tələbə qızlardan biri ona yazılı qeyd verdi. Professor mühazirəni saxlayıb, qızın yazdığını oxudu. Tələbə mühasibatlığın elm olub-olmadığını soruşmuşdu. Professor belə cavab vermişdi: “Tramvay gedir. Sürücü əliylə dəstəyi çevirir. Və sənişinlərlə dolu tramvay hərəkət edir. Tramvay sürücüsünün elmi işlə məşğul olduğunu söyləmək gülüş doğurardı. Lakin, elektrik naqillərini, vaqonun özünü, onun mühərrikini və relsləri layihələndirən alimlər olublar”. Və bizə aydın oldu ki, mühazirə yazdıran qoca elmlə məşğuldur, bizlər isə eşitdiyimiz cümlələri qeyd etməklə məşğuluq, yəni elmlə məşğul deyilik.

Bu çox yaxşı dərs oldu və mən həmin dərsi yaddaşımda saxladım. Lakin, həmin vaxtdan çox illər ötüb. Elm inkişaf edirdi və müxtəlif alimlər mənim müəllimimdən əvvəl və sonra buna daha geniş cavab veriblər.

Həmçinin bax: Mühasib peşəsini maraqlı edən 5 fakt

Filosoflar nə deyirlər

Nəyin elm, nəyin isə elm olmadığını filosoflar bilirlər. Onlar müəyyən kriteriyalar işləyib hazırlayıblar və əgər elmlər dəsti həmin kriteriyalara cavab verirsə, onda bu dəstin elmi təşkil etdiyini söyləmək olar.

İndi isə mühasibat uçotuna həmin kriteriyalardan keçirək.

G.F. Hegel (1770-1831) güman edirdi ki, elm hansısa ümumi qanunauyğunluqları qeydə alanda təşəkkül tapır. O, bunları dialektikanın üç qanunu ilə izah edirdi.

Mühasibat uçotu onlara cavab verir. Ziddiyyətlərin vahidliyi qanunu iqtisadi həyat faktlarını debet və kreditin ziddiyyəti kimi qeyd edir; miqdar dəyişikliklərinin köklü keyfiyyətlərə keçməsi qanunu, yeni saldo dövriyyəsinə keçid dinamikasını meydana çıxarır; və inkar qanunu saldo dövriyyələrinin başlanğıc və yekun dövriyyələrinin inkarını qeydə alır.

O. Kont (1798-1857) elmin sistemləşdirilmiş biliklər olduğunu təsdiq edirdi. Çox nadir elm ola bilər ki, bu cür məntiqi təkmil biliyi təqdim edə bilsin. Formal məntiqin bütün dörd qanunu ikili mühasibatlıqda iştirak edir:

  • bərabərlik qanunu – fakt faktdır, əgər o, sənədlə qeydə alınıbsa;
  • ziddiyyət qanunu güman edir ki, bir dəfə etiraf olunan fakta, yenidən baxmaq olmaz;
  • üçüncünü istisna qanunu – dəyərləndirmə düzgün və ya ya qeyri-düzgün ola bilər, – üçüncüyə yer yoxdur;
  • lazımi qədər əsaslandırma qanunu uçotun sənədli əsasını təşkil edir: sənəd yoxdursa – fakt da yoxdur.

Həmçinin bax:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Print Friendly, PDF & Email