Mühasibat uçotunun inkişaf mərhələləri (32-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibat uçotu – inkişaf mərhələləri (32-ci hissə)

31-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,İngilis-Amerikan mühasibatlıq məktəbi

XVI-XVIII əsrlərdə İngiltərədə uçotun inkişafı

İngiltərədə ikili mühasibatlığı istehsalat uçotunda tətbiq etməyə cəhd etdilər. Bu zaman istehsal xərclərinin uçotu sistemi formalaşmağa başlamışdı. D. Dodson mühasibat texnikası və istehsalatın təbii dəyər uçotunu təsvir edirdi. Lakin ona məhsul vahidinin maya dəyərinin hesablanması ideyası yad idi və onların qəbul etdiyi sistem hər bir sənətkarın işi və onun məhsullarının satışından əldə olunan gəlirlə bağlı olan xərcləri müqayisə etməyə imkan verirdi.

Sənaye uçotunun ilk nəzəriyyəçilərindən biri olan F. V.Kronheylm iddia edirdi ki, ikili mühasibatlıq ticarət uçotunda mübadilə əməliyyatlarının təsvirindən (malların alışı və satışı) yaranıb və onun fikrincə, istehsaldaxili prosesləri açmaq iqtidarında deyil.

Nəticədə Kronheylm uçotu iki hissəyə bölmüşdü: istehaslat və mühasibat uçotu: birinci yalnız təbii ölçüdə aparılan üç hesabı nəzərdə tuturdu, ikinci isə – ənənəvi hesabların mühasibat sistemini.

İngilis mühasibləri hesab edirdilər ki, aşkarlığın təmin edilməsi üçün uçot praktikası vahid hesabatın cədvəl formasını və eyni ilkin sənədlərin blanklarını nəzərdə tutmalıdır. Bundan əlavə, mühasiblər təcrübə mübadiləsi aparmalı idilər. Yəni, ixtisaslı mühasiblər qabaqcıl bilikləri yaymalı və təsərrüfat proseslərində məşğul olan şəxsləri tərbiyə etməli, onları sui-istifadədən çəkindirməli idilər.

XIX əsrdə İngilis-Amerikan ədəbiyyatında uçot nəzəriyyəsinin inkişafı

XIX əsrdə mühasibatlıq haqqında yazan müəlliflər təcrübənin məqsədəuyğun nailiyyətlərinin təsviri ilə nə qədər məşğul olsalar da, yeni effektiv bir üsul hazırlamaq və təklif etmək barədə düşünmürdülər.

XIX əsrin sonlarında ingilis-amerikan ədəbiyyatında altı təşkilati uçot prinsipini ayırd etmək olar:

  1. əmək bölgüsü – adi bir ifaçı bütün fəaliyyətini hesabat məlumatlarının sadə toplanmasına və qruplaşdırılmasına yönəldir;
  2. informasiyanın lokallaşdırılması – ilkin uçotun bütün yükü əməliyyat işçilərinin üzərinə qoyulur;
  3. nəzarətdə rəqabət – hər hansı bir ifadə başqa, tamamilə müstəqil bir mənbənin müvafiq ifadələri ilə müqayisə olunmalıdır (bu kollasiya prinsipi adlanır);
  4. mühasibat uçotunun səmərəliliyi – mühasib ayda bir dəfə yerlərdə operativ işçilər tərəfindən aparılan registrlər üzrə jurnalı doldurur, ona provodkaları daxil edir;
  5. metodoloji müstəqillik – hər firma təşkilatda, metodologiyada və mühasibat uçotunda öz qaydalarını təyin edir, nə qədər firma vardırsa, bir o qədər də uçot üsulu var;
  6. psixoloji mühit – uçotun əsas vəzifəsi – müəssisə işçiləri tərəfindən sui-istifadə hallarının qarşısını almaq, habelə mühasibat şöbəsinin işçiləri ilə digər şöbələrin işçiləri arasında münasibətlərin təşkili, məsuliyyətlərin bölüşdürülməsi, nizam-intizamın qorunması tədbirlərini həyata keçirmək.
Mühasibat uçotunun təşkili praktik olaraq bu prinsiplər üzərində qurulmuşdur. Onun quruluşuna, aparılmasının operativliyinə görə məsuliyyəti mühasib deyil, təşkilat rəhbəri özü daşıyırdı. İdarə heyəti ilə razılaşdırıldıqdan sonra uçot sistemində nəinki təşkilati, metodiki, həm də metodoloji dəyişikliklərə yol verilə bilərdi.

33-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email