Mühasibat uçotunun təşəkkülü və inkişafı (8-ci hissə)

birbank biznes

Mühasibat uçotuMühasibat uçotu
Mahiyyəti və əhəmiyyəti


Hal-hazırda biznes fəaliyyətində mühasibat uçotunun əhəmiyyəti kəskin dərəcədə artıb, o, istənilən təsərrüfat subyekti üçün çox vacibdir. Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə-təsərrüfat fəaliyyətinə dəqiq nəzarət etməyə yönəlmiş savadlı kompleks tədbirlər olmadan sahibkarlığın inkişafı mümkün deyil.

Mühasibat uçotu müxtəlif səviyyəli təsərrüfat subyektlərinin idarə olunmasında adekvat qərarlar qəbul etməkdən ötrü başlıca, zəruri məlumat mənbəyi hesab olunur. Bundan əlavə, mühasibat uçotu sistemində əldə olunmuş məlumatlar, bütün təsərrüfat növlərində mütləq şəkildə istifadə olunur. Mühasibat uçotu, mühasibat hesabatlılığının yekunu üçün, istənilən müəssisənin cari və hesabat dövrü ilə bağlı   məlumatları ümumiləşdirməyin demək olar ki, yeganə və ən səmərəli üsuludur.

Həmçinin bax: “Mühasibat uçotu” termininin müəyyən edilməsi

Mühasibat uçotu istənilən təsərrüfat subyektinin ümumi idarəetmə silsiləsində aşağıdakı funksiyaları yerinə yetirir: informasiya, nəzarət, qiymətləndirmə, təhlil. Mühasibat uçotunun informasiya funksiyası, müəssisənin maliyyə vəziyyəti və fəaliyyəti barədə həm daxili, həm də kənar istifadəçiləri məlumatla təmin etməkdən ibarətdir.

Mühasibat uçotunun nəzarət funksiyası, resursların mühafizəsi və səmərəli istifadəsini, planlaşdırılan hədəflərin həyata keçirilməsini, mövcud qanunvericiliyin, müqavilələr və müqavilələrin şərtlərinin yerinə yetirilməsinə nəzarətedici metodları həyata keçirməkdən ibarətdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotunun qiymətləndirmə funksiyası, resursların ölçülməsi və qiymətləndirilməsi, məhsulların dəyəri və xərclərini müəyyənləşdirmək, müəssisənin fəaliyyətinin nəticəsini, onun rentabelliyini hesablamaqdan ibarətdir. Qiymətləndirmə uçot obyektlərinin ölçülməsi və müəyyənləşdirilməsinin nəticəsidir.

Mühasibat uçotunun təhlil funksiyası, iqtisadi statistika metodlarının və modelləşdirmənin geniş tətbiqi ilə və resursların mövcudluğu, vəziyyəti və hərəkətinin və müəssisənin fəaliyyətinin nəticələrinin iqtisadi təhlilinin ilkin və xülasə məlumatları əsasında həyata keçirilməsindən ibarətdir.

Həmçinin bax: Uçot siyasətinin formalaşdırılması

Mühasibat uçotu sistemi, müəssisənin idarə olunması üçün lazım olan, nəzarət və səmərəli təhlili ilə bağlı yığılmış məlumatları təşkilatın fəaliyyətinin idarə olunması, monitorinqi və təhlili üçün zəruri olan məlumatlara çevirir. Lakin bu məlumatlar təkcə sözügedən müəssisənin rəhbərliyi üçün deyil, həm də həmin şirkətlə əlaqəli olan şəxslərdən ötrü də zəruridir. Bunlar sərmayəçilər, kredit verənlər, dövlət orqanları, təchizatçılar və başqaları ola bilər.

Beləliklə, mühasibat hesabatlılığınının istifadəçisi – bu, həmin müəssisə barədə məlumat almaqda maraqlı olan hüquqi və fiziki şəxslərdir. İdarəetmə fəaliyyəti üçün uçot məlumatlarına ehtiyacı olan şəxslərin müxtəlifliyi şərti olaraq iki əsas qrupa – daxili və xarici istifadəçilərə bölünə bilər.

Daxili istifadəçilərə fiziki şəxslər, şirkətin əməkdaşları aiddir, hansı ki, öz fəaliyyətlərini sözügedən iqtisadi subyektin çərçivəsi daxilində yerinə yetirir və həmin təşkilatın fəaliyyətinin nəticələri əsasında qərar qəbul edirlər. Belələrinə, əsasən administrasiya, idarəetmənin müxtəlif səviyyələrində menecerlər, əməkdaşlar və s. aiddirlər.

Həmçinin bax: Uçot siyasətinin dəyişdirilməsi halları

Kənar istifadəçilər – onlar bu müəssisə ilə ayrılıqda əlaqə qurmuş fiziki və hüquqi şəxslərdir, hansı ki, öz fəaliyyətlərində həmin müəssisənin fəaliyyətinin nəticələri ilə bağlı məlumatlardan istifadə edirlər. Kənar istifadəçilər bunda həm maraqlı, həm də maraqsız ola bilərlər.

Qərarları müəssisənin fəaliyyətindən asılı olan kənar istifadəçilər, marağı olan şəxslər adlanır. Belə istifadəçilərə təsisçilər, sahibkarlar, istiqraz və kredit verənlər və s. aiddir. Qərarları müəssisənin fəaliyyətindən asılı olmayan xarici istifadəçilər marağı olmayan şəxslər adlanır. Belələrinə statistika orqanları, birjalar, ictimai təşkilatlar və digərlərini aid etmək olar.

Məqalənin 7-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email