» » » Mühasibat uçotunun təşəkkülü və inkişafı (4-cü hissə)

Mühasibat uçotunun təşəkkülü və inkişafı (4-cü hissə)

4-cü hissə

Müasir mühasibatlığın əsası Orta əsrlərdə qoyulub. Böyük Karlın (latınca Carolus Magnus) hakimiyyət dövrü sənədlərin sistemləşdirilmiş qeydlər şəklində aparılmasına dair inventarizasiya  ilə xarakterizə oluna bilər. Məsələn, kral domenlərindən birində aşağıdakı əmlaklar qrupu ilə bağlı qeydlər verilib; mənbəyinə görə göstərilən ərzaqlar (şəxsi təsərrüfatdan toplanılan, və digər daxilolmalardan əldə edilən müxtəlif növ ərzaqlar ) və onların hansı müddətdə daxil olmasını bildirən qeydlər (ötən ilki və ya cari hesabat ilində daxil olanlar); mal-qara.

VIII əsrin sonları – IX əsrin əvvəllərində idarə başçısı tərəfindən tərtib edilən kənd təsərrüfatı uçotu ilə bağlı təlimatlar meydana çıxdı, hansı ki, Böyük Karlın kapitulyarlarında əks olunmuşdu. Həmin kapitulyarlarda idarə başçılarına ildə bir dəfə (yeni il ərəfəsində) gəlirlər haqda hesabat təqdim etmək barədə təlimat var idi.

Onlar həmçinin mülkiyyət sahibinə pulun verilməsi prosedurunu müəyyənləşdiriblər və xərc əməliyyatları üçün iki ayrı qeydiyyat uçotunun aparılması imkanını təmin ediblər: “Mülkiyyətçinin xərcləri” və “Təsərrüfat xərcləri”,  yalnız daxiolmalar barədə bir qeyddiyyat nəzərdə tutulmuşdu. Bütün qalıqlar üçün isə ayrıca siyahı tutulurdu. Qalıqların hesablanması, mal və məhsulların sayılması yolu və cari uçot rəqəmləri əsasında aparılırdı.

Mühasibat uçotunun inkişafında dönüş nöqtəsi ərəb rəqəmlərinin tətbiqi oldu. Bu prosesdə onluq hesabın təqdimatına və təbliğinə həsr olunmuş, 1202-ci ildə buraxılmış və Fibonaççinin (Leonardo Pizanskiy) əsas əməyi sayılan “Abaka kitabı” (latınca Liber abaci) həlledici rol oynadı. Fibonaççi qədim yunanlar və hindistanlıların bu sahədəki nailiyyətləri barədə ərəb tərcümələrindən yaxşı tanış idi. İlk dəfə ərəb-hind rəqəmlərindən istifadəni Avropaya məhz, o təklif edib, vurma alqoritmini yazıb (hansı ki, o, köhnə rum sistemi ilə müqayisədə qat-qat sadə idi) və rəqəmləri köhnə sistemdən yeni sistemə necə tətbiq etməyi göstərib. Fibonaççinin kitabı çox sadə dildə yazılmışdı və həmin əsər praktiki şəkildə hesablama ilə məşğul olanlar – ilk növbədə tacirlər üçün nəzərdə tutulmuşdu.

Lakin ərəb rəqəmlərinin tətbiqi prosesi bir neçə əsr ləngidi. Belə ki, 1399-cu ildə Florensiyada bankirlərə ərəb rəqəmlərindən istifadəni qadağan edən və rum rəqəmlərindən və ya sözlərdən ibarət (saxtakarlığın qarşısını almaq məqsədilə) yazılı qeydlərdən istifadəni öhdəlik kimi irəli sürən qanun qəbul edildi. Burada qeyd etmək lazımdır ki, uzun müddət (XIV əsrə qədər) şifahi şahidlik yazılı şahidlikdən (güman edilirdi ki, yazılanı saxtalaşdırmaq daha asandır) daha mötəbər hesab olunurdu. Belə bir vəziyyətdə idarə rəhbəri sahibkarın və ya onun səlahiyyətli şəxsinin qarşısında gördüyü, eşitdikləri və etdikləri barədə həm də onların eşidə biləcəyi şəkildə ucadan söyləməli idi.

Roma hüququ, hansı ki, bu əsasda ticarət hüququ da formalaşırdı, uçot qeydlərinin dəqiqliyi ilə fərqlənirdi və hüquqi cəhətdən onun əsaslandırılmasına kömək edirdi. Uçot qeydlərinə müəyyən tələblər irəli sürən vasitəçilik məhkəmələri formalaşmağa başladı. Həmin tarixi dövr üçün əsas uçot üsulları olaraq inventarizasiya və hesabatlılıq hesab olunurdu.

XIII əsrdə Qərbi Avropda kassa əməliyyatları uçotunun xüsusi bir sistemi mövcud idi. Burada ilk növbədə kuri (Müqəddəs taxt-tac və Vatikanın baş administrasiya orqanı) və rahiblər ordenlərinin  təcrübəsini qeyd etmək lazımdır. Onların kassa kitabları sübut edir ki, kitabın birinci hissəsində gəlirlər, ikinci hissəsində isə xərclər göstərilib. Kitablar, pul uçotunun harmonik bir sistemi haqqında fikir yaradırdı.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *