fbpx

Mühasibatlıqda ezoterizm (3-cü hissə)

birbank biznes

Vakansiya MühasibMühasibatlıqda ezoterizm (3-cü hissə) (mühasibatlıq)

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Belə şanslı olanlar, hansılar ki, kütlənin keyfiyyətindən və öz düşüncəsinin miqyasından seçməyə müvəffəq olurlar, artıq mütəxəssislərin fərqli, daha azsaylı təbəqəsinə aiddir və hətta velosiped icadında uğursuz cəhdləri belə, velosiped sürmək həvəskarlarının etdiklərindən daha nadir və daha çox rəğbət doğuran fəaliyyətə məxsusdur. Velosiped ixtiraçıları sayına görə velosipedçilərdən daha az olduğu kimi, mühasibat uçotu üzrə yeni metodlar icad edənlərin sayı da, məsləhətçilər və mühasibat uçotu üzrə kitab müəlliflərindən xeyli azlıq təşkil edirlər. Bu tərəfdən, naşirlər birinciləri nəşr etmək və sonuncuların isə nəşrindən imtina etməkdə tamamilə haqlıdırlar:

“Qüvvədə olan qanunvericilik üzrə on min mühasibat müxabirləşməsi” adlı kitabın oxucuları “Mühasibat uçotunun həll olunmamış on problemi” adlı kitabın oxucularından daha çox ola bilərlər. Baxmayaraq ki, müasir istehsalın kəskin ehtiyac duyduğu ən qabaqcıl uçot üsulları məhz sonuncuya göstərilir. Nəşriyyatın öz makulatura məhsulunun kütləvi satışa istiqamətlənməsi, başa düşüləndir və bəraətvericidir – hər halda axı, bu sahibkarlıq fəaliyyətidir! – Lakin, bu o demək deyildir ki, mühasibat uçotunun ezoterik bölümü olan hesabşünaslıq ümumiyyətlə mövcud olmamalıdır. Kütlə həmişə həyəcanlanır və özlüyündə çoxluğu təmsil edib. Həmişə öz iradəsini kobud şəkildə azlığa diktə edib – amma, inkişaf çox iri addımlarla gedir. Texnologiyalar təkamül yolu ilə inkişaf edir. Belə olmasaydı, tək-tük intellektual adamlar, çoxluğun iradəsi tərəfindən tam şəkildə udulardılar.

Çox az sayda insanlara nəsib olan ezoterik elmlər, ilk növbədə, onların ezoterik elmlər olduğunu vaxtında dərk etmələri üzündən, həyatda qalmaq üçün öz üsullarını işləyib hazırlaya bildilər. İstənilən ezoterik elmlərin əsas qaydası sırtıq olmamaları, hətta gizlilikləridir: çox az adamın başa düşə bildiyi biliklər, kütlə arasında geniş yayılmamalıdır. Çünki bunlar onsuz da kütlədən ötrü əlçatmazdır.

Mühasibat qanunvericiliyində mükəmməl istiqamətlənən təcrübəyə baxmayaraq, mühasibat uçotu və Vergi Məcəlləsinin müddəalarından başqa mühasibat uçotu nəzəriyyəsi mövcuddur ki, bu sənədlərlə demək olar ki, heç bir kəsişməyə malik deyil və qanunvericilərin və beynəlxalq standartların inkişaf etdiricilərinin səyləri sayəsində deyil, əksinə, onların səylərinə zidd olaraq inkişaf edir? Belə bir insan bu sadə həqiqəti heç vaxt başa düşməyəcək və qəbul etməyəcək: o, yüksək peşəkar statusuna baxmayaraq, velosipedi icad edənlərə deyil, onu sürməyi bacaran kütləyə məxsusdur. O, motivləri başa düşmür və ixtiraçıların fəaliyyətini də bəyənmir.

Mühasibat və vergi qanunvericiliyinin özü tərəfindən tamamilə mənimsənilsə də, o, mütləq şəkildə intellektual piramidanın zirvəsində olduğunu sübut hesab edəcək. Lakin dəhşətli dərəcədə yanılacaq, zira həmin piramidanın göyün hansı ucalığına yüksəldiyi barədə onun heç təsəvvürü belə yoxdur. Əgər siz öz ixtisasınıza tam əminsinizsə, ötən əsrin birinci yarısının görkəmli müəlliflərinin A. P. Rudanovskiy və N. U. Popov kimi müəlliflərin elmi əsərləri ilə tanış olmağa tənbəllik etmirsinizsə: yalnız bir halda, əgər siz onların mürəkkəb riyazi aparatla zəngiləşmiş ideyalarını mənimsəməyə qadirsinizsə, onda özünəinam həqiqətən möhkəmdir, intellektlə zəngin zəminə malikdir. Çünki riyaziyyat təhsili olmadıqda, onların mətnlərinin üçdə ikisini başa düşmürük. Savadsızlıqdan sakitcə təəssüflənirik, eyni zamanda nə haqda yazdıqlarını onların yaxşı bildikləri ilə bağlı da özümüzə hesabat verə bilirik.

Əgər xatırlasaq ki, müasir mühasibatın banisi Luka Paçoli olub – hər halda, bu ona aid edilir – Luka Paçoli riyaziyyatçı idi, “Hesablar və qeydlər haqqında” onun məşhur traktatı daha əhatəli riyazi əsərlər içərisində on birinci olub, mühasibat uçotu və vergi qanunvericiliyinin kifayət qədər biliyinə əminlik mühasibat uçotuna yiyələnmək üçün ciddi tərəddüdlər də yarada bilər: hesabdarlığın mənimsənilməsi üçün bu kifayət edə bilər. Lakin hesabşünaslıq üçün o, daha çox ustalığa yaxınlaşmanın ilkin və ya hətta yan mərhələsini təqdim edir. Doğrudur, digər tərəfdən öz avamlığın bir qədər sakitləşdirir: məhdudluğun dərk edilməsi ənənəvi olaraq ezoterizmin əlamətlərindən biri hesab edilmişdir. Əgər iki gecəlik əzbərçilikdən sonra imtahan verən tələbə hər şeyi bildiyinə əmin olsa da, onda bəzi aktual elmi problemləri heç vaxt həll edə bilməyəcəyinə əmin olan kədərli professorda, təəssüf ki, belə hisslər yaranmır; lakin, əminliyin olmasına və ya olmamasına baxmayaraq, ezoterizmin nümayəndəsi yalnız fəaliyyət göstərən tələbə deyil, professordur.

Qədimdən – Şərqdə qərbdə olduğundan daha çox ezoterik biliklər müəllimdən şagirdə, yəni, bir biləndən digərinə  ötürülməklə verilirdi və bu üsulla da qorunub saxlanılırdı. Müxtəlif dini, fəlsəfi, gizli və digər cərəyanlar və təriqətlər də bu prinsiplə fəaliyyət göstərirdi; ailə biznesi sahəsində peşəkar bacarıqlar da atadan oğula ötürülürdü: bilənlər neofitləri öyrədib, bununla da öz işlərinin varisliyini təmin ediblər. Ezoterik biliklərin bəziləri tətbiqi mahiyyətə malik deyildilər. Əsrlər boyu özündə möhkəm, qapalı müdriklik, digərləri, məsələn, dulusçuluq, zərgərlik və bu kimi sənətlərdə eyni peşəkar vərdişlər tamamilə utilitar əhəmiyyətə malik idi.


Print Friendly, PDF & Email
error: Content is protected !!