fbpx

Mühasibatlıqda ezoterizm (5-ci hissə)

birbank biznes

mühasib prinsipMühasibatlıqda ezoterizm (5-ci hissə) (Mühasibatlıq)

4-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Əgər mühasiblər nəhayət dərk etsələr ki, mühasibat uçotunun nəzəriyyəsi və praktikası özlüyündə fərqli, ezoterik, eksoterik fəaliyyət sahəsini təmsil edir, belədə mühasiblər bu fənnə daha asan orientasiya ala bilərdilər. Belədə buğda alaq otlarından fərqlənərdi: ezoterik hesabşünaslıq praktikantların və ya qanunvericilərin ağıllarına təsir etmək üçün ümidsiz cəhdləri tərk edərək, yəni, bir növ hansısa faydaları gətirməklə, öz qanunları üzrə inkişaf etməyə başlardı,  hesabdarlıq isə yaradıcı fəaliyyətə qabil olmayanların, eləcə də aztəhsilli adamların tələblərinə müvafiq olaraq uçotu aparardı, öz manerasında ağılsızlıq edərdi. Fənlərin bir-birindən ayrılması, yeni fəaliyyətə başlayanlara öz yolunu seçməyə imkan yaradardı: layiqli mükafat üçün intellektual iş olsa da, qeyri-yaradıcılıq işlərini yerinə yetirən mühasibin yolu; mühasiblərin daha layiqli mükafatlandırılması üçün onların işinin yerinə yetirilməsini öyrədən məsləhətçinin yolu; ya da tərəfdar yolu. Mühasibat uçotunun iki ayrı-ayrı fənnə bölünməsi hesabşünaslığa ezoterik fəaliyyət sahəsi kimi marağın artmasına səbəb olacaq.

Yəqin ki, əksər mühasiblər intellektual tərəfdən onların məşğul olduqları işin ən yüksək əyintidən ibarət olmadığını eşidəcəklər, ona görə də bu mühasiblər ən yüksək intellektual fəaliyyətə deyil, hətta mühasibat peşəsinin adamları arasında belə, kastaya aiddirlər. Praktikantların nəzəriyyəçilərdən daha möhkəm ola biləcəyi, beyinlərin keyfiyyəti mənasında deyil, görünür, bəşəriyyət elə bu fəaliyyətin nəticələri və tərəqqiyə təsiri baxımından yaradılmışdır.

Lakin, mühasibat işində aşağı intellektual fəaliyyət daha çox ödənişlidir, ona görə də gəlirlərin nisbətən yüksək səviyyəsini əsas götürərək, praktikantlar kütləsi özünə belə bir fikir aşılaya bilər ki, məhz o, işin ən mürəkkəb və məsuliyyətli sahəsində yerləşir; öz növbəsində, nəzəriyyəçilər hər birinin əhəmiyyəti və əvəzedilməzliyi barədə özlərini məlumatlandıra bilərlər. Nəhayət, intellektual fəaliyyətin mühasibatı ilə bağlı olmayan digər sahələrində – filosoflar, din xadimləri, astronomlar, fiziklər, riyaziyyatçılar, genetiklər, eləcə də digər elmi icmaların nümayəndələrini adeptlərin mövcudluğu incitmir. Onların hamısı – bu elmlə məşğul olmaq şərti ilə, onun imitasiyası ilə yox, – şübhəsiz ki, öz fənlərinin ezoterikləridir.

Kalkulyatorda işləyən insanı heç kim riyaziyytçı səviyyəsinə qaldırmır, bəs onda mühasibat uçotundan olan alimlərin nə üçün ən mürəkkəb mühasibat qanunlarını dərk etmək cəhdləri, təhsil müəssisəsinin sonunda uğurla başa çatmış təcrübələrlə necə bərabər ola bilər?

Elmi tədqiqatların tətbiqi fəaliyyətlə eyniləşdirilməsinə son qoyulan kimi arzu edənlər yaradıcı hesabşünaslığı vulqar hesabdarlıqla dəyişik salmadan, özlərini bu, həm də digər fənlərdə sınaya bilərlər.

Birinci nəşrə müqəddimə

Yalnız mühasibat uçotu insanı əsl nirvanaya (tam istirahət etmək) aparır. (Budda).

Bütün elmlər Günəş Yerin ətrafında dövrə vurduğu kimi, mühasibatın ətrafında fırlanır. (Qalileo Qaliley).

Mühasibat uçotu olmadan Yerdə həyat təşəkkül tapmazdı. (Çarlz Darvin).

Mühasibat uçotu tarixi ilə tanış olmayan hər bir kəs, öz başını xıncım-xıncım etməlidir. (Albert Şveytser).



Print Friendly, PDF & Email
error: Content is protected !!